Şair qardaşım Məmməd Arazın 70 illiyinə

Ürək o Sahildə bu Sahildədir,Araza qovuşdum Məmməd Arazla.“Bu dünya nə sənin, nə mənim” – deyir,sevir bu dünyanı bu etirazla.

Mənim dualarım şeirlərimdi,sənə həsr edirəm behişt duamı.Yerdə yerim yoxdu, göylər yerimdi,Tanrının yanından eşit, duamı.

Sənin görüşündən saflaşır insan,ürək dilə gəlir bir niyyət ilə.Yanımda bəlkə də Göy adamısan,yerə göndəriblər ünsiyyət üçün?!

Şairin əlindən alın əsanı,alın, yüz yaşına saxlayın, qızlar.Şair hikmətinin qız həyasınıipək sap gətirin, toxuyun, qızlar.Əsanı yüzünə saxlayın, qızlar.

Məmməd elə bilmə, adi bəşərdi,o şeir deyəndə, dahiləşərdi,yalnız dost yanında adiləşərdi.Millətə qalx deyən şair Məmmədi,birinci eşitdi onun milləti.

Şair hünəridi hər yeni əsər,minnəti göstərmə, görməsin, Tanrım.Məmməd, kürsülərə qalxıb desinlər,Şahbuz balı kimi söz desin Tanrım.Ekrandan Nizami, Metrodan Tağı,versin bir-birinə göz aydınlığı.

Tanrım, o ki sənin üzünə baxır,O, Homer dövründən bu günə baxır,O ki vətəninin vətən daşıdı,Cavidin, Müşfiqin şair yaşıdı.

Hanı tələbəlik illəri, Məmməd,biz ki, unutmadıq bu yaşa qədər.Yağışlar altında qaçdıq nəhayət,qaçdıq qara saçdan, ağ saça qədər...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви