İş axtarma, adam axtar, –Mir Cəlal misal çəkərdi.Sonra bildim, ustadımıngözü niyə yol çəkərdi.

Tələbənin atasıydı,yerdə Tanrı sədasıydı.“Zaçot” vaxtı qaydasıydı, –soruşmamış qol çəkərdi.

Sayardı, onu sayanda,hörmətə hörmət qoyanda.Ürəyinə yatmayandaəl verməzdi, əl çəkərdi.

Gah xeyiri şər olardı,gah balı zəhər olardı,Amma zəri zər olardı,o zəhərdən bal çəkərdi.

“Hal-əhli” kef eləyəndə,özünü məhv eləyəndə,Nəriman səhv eləyəndə,dərdi Mir Cəlal çəkərdi.

may, 2003

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов