Yurdumu bürüyüb cəlalın, Urmu,Bundan artıq nədir xəyalın, Urmu?

Həsrətin çəkirdim illərdən bəri,Eləmişdi məni eşqin sərsəri,Nəhayət, baharın bir xoş səhəri,Qismət oldu mənə vüsalın, Urmu!

Ətrafın təpədir, səfalı dağdır,Hər yerin bağçadır, çəməndir, bağdır,El tək alnın açıq, üzün də ağdır,Mənə ilham verir bu halın, Urmu!

Görünmür gözümə zülmdən nişan,Azad nəfəs çəkir bu Azərbaycan,Görüm göylərinə çökməsin duman,Xaliq göstərməsin zavalın, Urmu!

Mən ki ayaq basdım bu şad gülşənə,Qoymaram kəc baxa düşmənlər sənə,Gül mənim sözümdən, fərəhlən yenə,Gül kimi açılsın camalın, Urmu!

Layiqsən bilirəm dərin hörmətə,Vurğunsan ədəbə, elmə, hikmətə,Salıbdır görəni dərin heyrətə,Elmin, mərifətin, kamalın, Urmu!

Bir gün sorağına gələrsə cəllad,Namərdəm gər sənə etməsəm imdad,Şairəm, sözümü söylərəm azad,Dünyada yox sənin misalın, Urmu!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе