Gördükcə tökülən haqsız qanları,Qandan zövq alan bu heyvanları,Eşitdikcə boğuq əl-amanları,Ərzdən uçmağa qanad istərəm,Təzə aləm, təzə həyat istərəm.

Gördükcə ərbabın, xanın qəhrini,Dağılmış kəndini, xarab şəhrini,İçdiyim möhnətin, qəmin zəhrini,Ərzdən uçmağa qanad istərəm,Təzə aləm, təzə həyat istərəm.

Gördükcə gözlərim bu yoxsulları,Saçları ağarmış evsiz dulları,İşsiz, çılpaq, nalan gənc oğulları,Ərzdən uçmağa qanad istərəm,Təzə aləm, təzə həyat istərəm.

Gördükcə elmsiz, kasıb qızları,Bürünmüş dumana saf ulduzları,Duyduqca o yazıq günahsızları.Ərzdən uçmağa qanad istərəm,Təzə aləm, təzə həyat istərəm.

Gordükcə yaş ilə dolan gözləri,Sarı çiçək kimi solan üzləri,Eşitdikcə acı-acı sözləri,Ərzdən uçmağa qanad istərəm,Təzə aləm, təzə həyat istərəm.

Gördükcə əyilir xilqətin başı.Yurdumun qalmayır daş üstə daşı.Yığıb ətrafıma qohum-qardaşı,Elimə, yurduma nicat istərəm.Təzə aləm, təzə həyat istərəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов