Şah qaçır a!
Biriya, qoymagilən, bəndəri kəs, şah qaçır a!Daha düşməz əlinə durma, tələs, şah qaçır a!
Çapdı iranlıların var-yoxunu, yağlı gedir,Laybalay cibləri puldur, şələsi bağlı gedir,Tacü taxta baxır, amma ürəyi dağlı gedir,Yükü çoxdur gücənir, təngənəfəs, şah qaçır a!Biriya, qoymagilən, bəndəri kəs, şah qaçır a!
Şahi-bişərm bu gün əyləşəcəkdir gəmiyə,Çün pənahəndə olub həzrət ........ əmiyə,Necə asan gedir o, bax mən ölüm həm-həminə,İntiqam almıri millət niyə bəs, şah qaçır a!Biriya, qoymagilən, bəndəri kəs, şah qaçır a!
Çalışıb təhrirə salmışdı bu əvvəlcə işi,Və....... bizə.......... eylədi axırda kişi,O da məhv eyləyəcəkdir bilirəm, batsa dişi,Çünki düşdü əlinə bağlı qəfəs, şah qaçır alBiriya, qoymagilən, bəndəri kəs, şah qaçır a!
Rza xan məmləkəti gör necə pamal elədi.Binəva xalqını axır suçu, hambal elədi.Elə iş gördü bütün şahları ibtal elədi,Dövrədən də səsinə verdilər səs, şah qaçır a!Biriya, qoymagilən, bəndəri kəs, şah qaçır a!
Demə İran gələcək sən sevən İran olacaq,Məmləkət zülmü sitəmdən daha viran olacaq.Müstəbidlər yenə də sahibi-fərman olacaq.Bizi təqib edəcək bir gün əsəs, şah qaçır a!Biriya, qoymagilən, bəndəri kəs, şah qaçır a!
Yazmır övzayı bizə zatı qəbə Mirzə Kərim,Vükəla harda qalıb, yox vüzəradan xəbərim,Hikmətü Cəm əli Mənsuru əcəb qaldı yetim,Çoxdu mərkəzdə bu cür murü məkəs, şah qaçır a!Biriya, qoymagilən, bəndəri kəs, şah qaçır a!
Kitabxana.az · https://kitabxana.az/ru/works/biriya-sah-qacir-a
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gördükcə tökülən haqsız qanları,Qandan zövq alan bu heyvanları,
UrmuYurdumu bürüyüb cəlalın, Urmu,Bundan artıq nədir xəyalın, Urmu?
VəsiyyətVurma əl türbətimə, türbəti-Adəm də mənəm,Nə o dünya, nə bu dünya, iki aləm də mənəm.
Vətən“Biriya”, könlüm olub aşiqi-rüxsari vətən,Başıma düşdü yenə nəşeyi-gülzari vətən.
Стихи других поэтов
"Şahpalut" necə xoşca yaraşır aş üstə,Odə çox xoş yazasan göndərrəm baş üstə
SəninNə yatıbsan ləhaf bəstər içində,Bimarmısan, nədir bəs halın sənin?
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,