Getdi
Ziya Bünyadovun xatirəsi
Tarix deyə-deyə tarixə döndü,başında başının havası getdi.Çıxardın lüğətdən “vəfa” sözünü,insanın insana vəfası getdi.
Əzbərçi natiqlər “namus” dedilər,götürüb ölkəni casus dedilər,Ağzından vurdular və sus! – dedilər,ağzında yarımçıq loxması getdi.
Millətə qəsd oldu millət içində,bəsdi, nitq elədik bu dərd içində.Mərdiydi bu qədər namərd içində,arxasız mərdlərin arxası getdi.
İranda vurdular, qayıtdı gəldi,yatan şüurları oyatdı gəldi.Gözündə bir nisgil sovqatı gəldi,Gözün ağı qaldı, qarası getdi.
Mərd dur Azərbaycan, başın sağ olsun,o yerdə yatır ki, yer oyaq olsun.Səndən iraq olsun, dərd iraq olsun,o sənin dərdindən narazı getdi,biz ona, o bizə tamarzı getdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-getdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Qəzəblə qabarar, fərəhlə çağlarDəniz xislətlidir vətən torpağı.
Рубайят, 119ای فتنهٔ خاص ای بلای دل عامخورشید فلک روی تو را گشته غلام
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənümGül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.
Ağlayırdım, gülürəmArkadaşlar, dörd yanıma baxdıqca,Ağlayırdım, ağlayırdı irmaqlar!