Atəş!Şəmkirdə atəş!havada, yerdə atəş!Vurdular Aslanovu,bir icra başçısını,ailə başçısını.Yarıda saxladılaratasının yasını.

Millət, qır millətini,göstər tayfa üzünü,kölə xasiyyətini,qəbilə niyyətini.Arzu dolu ürəyi,həyat dolu gülüşü,məhəbbət dolu gözüatəşə, atəşə tut,bir az hikkəni soyut.Nəfəs al, toxta bir azsənin tərəfindədidediyin haqq da bir az.Haqqa, vicdana and iç,tökdüyün qana and iç.

And içirlər başına,burda maya qoyurlar:Aslanın baş daşına,ananın göz yaşına,gəlinin göz yaşına.Yaxşılıq, mehribanlıq,mərdlik, cəsarət, hünər!Tikir, qurur, yaradır, –öldürün onu, yetər!Millətə nə deyəcəkxəbər tutsa, gürcülər?!Şəhid ailələri,onu xəbər alanlar,

ehtiyacda qalanlar,orda, soydaşlarımız,düşünən başlarımız,Səkkiz milyonluq ölkə?Biz köçüb gedəcəyik,getməyəcək bu ləkə.

Bir para vəzifəli,bir para vəzifəsiz,qərəzli, ya qərəzsizqısqanır nüfuzuna,adına, ünvanına.Süfrəsində “Tost” deyənsusayıbdı qanına.Şıxəlinin dalıncagöndərin, getsin o da,Maqsud Əlizadənin,ya Qəşəm Aslanovundalınca... Aslanı da!

...Yolboyu tanış edirsözarası o, məni.O günü yada salırbu gün əsən sərin külək.Maşında yeri qalıb29 gülləninpencəyindən kəsiləndüymələrin yeri tək.Yenə yardım aparır,yenə haraya gedir?Burdan buraya qaçır,ordan oraya gedir.Qəlbində İstiqlalınodu, eşqi, həvəsi.29 güllənin –mükafatın yiyəsi.

Şəmkir, iyun, 1999

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов