Ta canım cismdə var həqqə qunut etməliyəm,Bu yalan ölkədə mən həqqi sübut etməliyəm.

Qələmimdən saçılan odlu qığılcımlar ilə,Yandırıb çoxlarını sonra sükut etməliyəm.

Neçə illərdi yazıq xəlqə əzablar verilir,Əvəzin çıxmalıyam, sanma unut etməliyəm.

Hansı namərd ki, qıyıbdır anamın göz yaşınaƏlimə keçsə onu butreburut etməliyəm.

Bu qədər milləti İblis belə ağlar ki, qoyub,İmamım Məhdi ilə İblisə «sud» etməliyəm.

Gəlin iymanə dinə, Pünhana səs gəldi yenə,Çıxacaq yaxşı güeə xəlq, umud etməliyəm.

9 noyabr 1997. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине