Gəz istiqamətində
Tutub yolun hər insan – öz istiqamətində,Həris dolayı, məzlum – düz istiqamətində.
Həyat dərin bir ümman, qasırğa xofu hər an,Ədaləti mayaq et – üz istiqamətində.
Dilin xətası olmur, nədən çörək yeyəndə?Fəqət xətası çoxdur–söz istiqamətində.
Xuda bilir biləndir, bilir nədir, nədəndir,Odur bəlavü dərdə – döz istiqamətində.
Qırıldı düşdü pərdə, hədəf göründü mərdə,Məqamıdır alov saç – tez istiqamətində.
İtər qarada ağ da, yolun azar klaq da,Batırmasan ulağa – biz istiqamətində.
Baba yoxdu sözün tut, xətasın at, düzün tüt,Çalış onun özün tut, gəz istiqamətində.
14 iyul 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-gez-istiqametinde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məsləhət eylərəm sana, körpəmiz olsun, olmasın?Körpə yüz əlli şirvana, körpəmiz olsun, olmasın?
Əntər "obezyan" necədü?Görən heyvanxanada indiki dövran necədü?Görəsən fərqdə insan ilə heyvan necədü?
Şurikə köz qoymuşuqHər nəyə əl vurmuşuqsa, orda bir iz qoymuşuq,Sirr odur ki, əyri əlnən izləri "düz" qoymuşuq.
Kölgəmizdən qorxmuşuqNatəmizlər içrə biz tək-tük təmizdən qorxmuşuq,Yüz harama bir halal qatmış o düzdən qorxmuşuq.