Əntər "obezyan" necədü?
Görən heyvanxanada indiki dövran necədü?Görəsən fərqdə insan ilə heyvan necədü?
Neçə il bundan əzəl mən belə ərz etmiş idimKi, ac aslan cücədü, indi bəs aslan necədü?
Bizdə beş şirvana "əla" dolanırlar qocalar,Qoca heyvanlara bəs orda güzəran necədü?
Biz amerikan itinə yağlı asatrin veririk,Özümüzsə yeyirik kilkə, badımcan necədü?
Məncə Robertin ögey qərdeşi də orda qalır,Yeri gəlmiş soruşum əntər "obezyan" necədü?
Deyirəm öz itini taxtda yatırdan məmur,Kaş biləydi küçələrdə yatan insan necədü?
Burda porsuqlara yer çoxdu nəinki orada,Çünki bizlərdə bilirlər ki, qudurğan necədü?..
Meşələr yandırılandan meşə çaqqalsız olub,Açılan şəhrdə çaqqallara meydan necədü?
Mən ki, ekranda demişdim ki, günüm it günüdür,Tez-tez itlər soruşurlar Baba Pünhan necədü?
10 aprel, 2001
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-enter-obezyan-necedu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dəryaları aldım, xəbərin qafilə satdım,Ləlin çıxarıb, dalğaların sahilə satdım.
Can yadımızdan çıxıbUymuşuq atəşkəsə, qan yadımızdan çıxıb,Sübhü sökülmüş qalan, dan yadımızdan çıxıb.
Olacaq modda BabaAlışıb yandı Bakı, odlu olan yurdda Baba,Maaş al gir bazara, çıx özünü odda Baba.
Zəhr dilindən bal aparSözümü salma yerə, çıxdı dilimdən al apar,Bulud ol, yağdır onu, çör-çöpü üzdən lal apar.
Стихи других поэтов
Ey dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Dərdü möhnətin, ey sənəm, sənəmDərdü möhnətin, ey sənəm, sənəm,Eşq ilə çəkən, bir mənəm, mənəm.
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.