Dərdü möhnətin, ey sənəm, sənəm,Eşq ilə çəkən, bir mənəm, mənəm.Arü-varini rahi-mehrdə,Tarümar edən bir mənəm, mənəm.

Çəkmişəm cəfa, eylə bir vəfa,Sən də ələta can sənə fəda,Rahi-mehrdə zari-binəvaTarükül vətən bir mənəm, mənəm.

Yari nazənin, hüsnü-biqərin,Şahrahdə intizarkeş,Qəm çəkib həmin eyləyən binaXaneyi-həzin bir mənəm, mənəm.

Eyləgil xitab, verməgil əzab,Üzdən al niqab, eyləgil səvab,Texmi-mehrini rəşki - afıtabSinəyə əkən bir mənəm, mənəm.

Cismi - pürhəva, könlü püməva,Badeyinişin, fərdi-biqeva,Kəndi-kendinə köftgu edibAğlayan, gülən, bir mənəm, mənəm.

Dəstü pafişan, cəngü tarsız,Ahü naləzən, gülüzansız,Məsti-sərmədi, nəngü arsız,Rindeyi-köhən bir mənəm, mənəm.

Eylədim dilə, eylə bir səda,Qopdu Bisütun, oldu kim həma,Dedi, rəhnüma, afərin mana,Boylə kuhkən, bir mənəm, mənəm.

Ərşə vəlvələ, fərşə zəlzələ,Saldı seyheyi-nayi-şöhrətim,Babi - eşqdə indi sübhü şam,Kusü təblzən bir mənəm, mənəm.

Eylədim nida, vermədi səda,Kimsə gəlmədi, qaçdı Əhriman,Kar-zarda şirü divgir,Mərdi - filfikən bir mənəm, mənəm.

Ey sitəmzədə, nəfsə mübtəla,Gəl əmanıma eylə iltica,Dari-əmandır ziri-damənim,Dafeül fitən bir mənəm, mənəm.

Ləfzi-canfəza, təbi - xoşəda,Nəzmi - dilrüba, hərfi-dümüma,Sözü kimiya, simu-zər, gövhərDəmbədəm tökən bir mənəm, mənəm.

Qövlibibədəl, ləhcəsi gözəl,Rindeyi-əzəl, nazənin qəzəl,Söyləməz həzəl, xub göftguSöhbəti Həsən bir mənəm, mənəm.

Ləmeyi hüzur, eylədi zühur,Ey Nigari, yar aldı üqdəni,İndi xoşzəbən Turi-mehrdəKelimi süxən bir mənəm, mənəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви