Dərdə düşdüm əsərindən sitəmi-hicranın,Çarədən ötrü dolaşdım nərəsin dünyanın.“Dəhənin dərdimə dərman dedilər cananın,Bildilər dərdimi, yoxdur dedilər dərmanın”.

Eşq ikən ruzi-əzəl xilqəti-aləm səbəbiVaizin xalqı nədir nəhyi dəmadəm səbəbi,“Olsa məhbubların eşqi cəhənnəm səbəbi,Hurü qilmanı qalır kəndisinə rizvanın”.

Mələyim, nuri-cəmalın səri afaqa dolub,Atdı bütxanəni Çin əhli, sənə səcdə qılıb.“Keçdi meyxanədən el, məsti-meyi-eşqin olub,Nə mələksən ki, xərab etdin evin şeytanın?”

Vur nə qədər istər isən ox ciyərim yarəsinə,Getmərəm hərgiz ətibba yanına çarəsinə.“Vurmazam Səhhət üçün mərhəm oxun yarəsinə,İstərəm çıxmaya zövqü ələmi-peykanın”.

Qoydu könlümdə fələk istədiyim hər diləyi,Şöleyi-ah ilə mən də yaxaram nöh fələyi.“Yerdən ey dil, göyə qovmuşdu sirişkin mələyi,Onda həm qoymayacaqdır oları əfqanın”.

Dili-divaneyi-Səhhət edəməz tabi-cünun,Onu seyd etməsə zülfün kimi qüllabi-cünun.“Ey Füzuli, olubam qərqeyi-girdabi-cünun,Gör nə qəhrin çəkirəm dönə-dönə dünyanın”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви