Nə idin dün, nə olmusan bu zaman?Millət, ey banisi-həyati-vətən!Oyan, ey milləti-əziz, oyan!Sənə vabəstədir nicati-vətən.

Nə idin dün, nə olmusan əknun?Gün ki, çoxdan çıxıb, nə çox yatdın?Millət, ey sübh ulduzum, nə üçün,Bir işıqlanmaq ilə tez batdın?

Nə idin dün, nə olmusan, ey vah!Sən ki, dünyaya pərtövkən idin.Olmusan indi qanlı zülmətgah,Sən ki, afaqa şəmi-rövşən idin?

Nə idin dün, nə olmusan, yarəb!Hanı, ey vah, o şan, ol şərəfin?O işıqlı günün olubdur şəb,Bərhəm etməz cəhanı vaəsəfin.

Nə idin dün, nə olmusan, əfsus!Gec oyandın bu qəmli röyadan.Yoxsa tutmuş məgər səni kabus?!Açıl, ey sübh, leyli-yeldadən!

Nə idin dün, nə olmusan hala?Gül kimi bir zaman açıl, çiçəyim.Dövr elə əzmi-ovci-istela.Xaliqimdən budur mənim diləyim.

Nə idin dün, bu gün nə oldun sən?Hürr ikən əbdi-natəvan oldun.Niyə bəs qönçəlikdə soldun sən?Ey baharım, nə tez xəzan oldun?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине