Odessa xəyalatı
Gündən-günə zülmün, a fələk, lap betər oldu,Hər kəs özünə çul toxudu, bəxtəvər oldu.Baş götdü yetim Məmdəli, qaçdı, gedər oldu,Mülkündən, evindən kürünüb dərbədər oldu.Qucmuş dizini, indi bu cür fikr edər oldu:Əfsus, bütün səylərim bisəmər oldu,Səd heyf ki, zəhmətlərim axır hədər oldu.
Lənət gələ dünyayə ki, bimehrü vəfadır,Tüf dövrü zəmanə, hər işi dərdü-bəladır.Halım nə yaman, kövkəbi-bəxtim nə qaradır.Səyim necə bifaidə, halım nə fənadır.İran şahı – qürbət çölü, ayə bu rəvadır?Əfsus, bütün səylərim bisəmər oldu,Səd heyf ki, zəhmətlərim axır hədər oldu.
Asudə babam əllicə il sürdü hökumət,Yevropaya dörd dəfə gedib, qıldı səyahət.Səhv etdi atam, xalq adını qoydu “ədalət”,Məşrutəni bilməm nə qanır heç bu cəmaət.Tək mən yazıq oldum, belə bica yerə bədbəxt,Əfsus, bütün səylərim bisəmər oldu,Səd heyf ki, zəhmətlərim axır hədər oldu.
Toplandı cəmaət ki, gərək əncümən olsun,Söz verdi atam, eybi nədir, sizdeyən olsun,Növbət mənə çatdıqda, dedim, mən bilən olsun,Olmaz bu ki, şah ilə gəda haqda tən olsun?Ancaq mənə tabe gərək, əhli-vətən olsun!Əfsus, bütün səylərim bisəmər oldu,Səd heyf ki, zəhmətlərim axır hədər oldu.
Quranə yəmin etdim isə, sonra unutdum,Əhrarı, fədailəri birdən topa tutdum.Zənnimcə, fəsadın bulağın yaxşı qurutdum,Viran elədim məclisi-İranı, uçurtdum.Tapdısa qumarbazlar əlimdən özüm uddum.Əfsus, bütün səylərim bisəmər oldu,Səd heyf ki, zəhmətlərim axır hədər oldu.
Bu nanəcib iranlı ilə xeyli savaşdım,Gördüm ki, şuluqdur işim Avropaya qaçdım.İnsaflı adamlarla bir az vaxt yanaşdım,Gəldim yenə İrana, təzə mərəkə açdım,İş tutmadı, çarəm kəsilib sonra uzaşdım.Əfsus, bütün səylərim bisəmər oldu,Səd heyf ki, zəhmətlərim axır hədər oldu.
Qaçdımsa da, gec-tez yenə İranə mənəm şah,Fikrimdə bu var kim, qayıdam İranə gah-gah.Olmuşsa da büryani-pədər, süxteyi-gümrah,Olmaz üləma ilə xəvanın mənə ikrah,Mən xəl olunam, heç bu rəvadırmı, sən allah?!Əfsus, bütün səylərim bisəmər oldu,Səd heyf ki, zəhmətlərim axır hədər oldu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehhet-odessa-xeyalati
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Firidunbəy Köçərli cənablarına*“Yazmısan tazə nə şeylər? – deyə sordun məndən,
Bir məktuba cavabSorma dəxi sorduğun əhvaldən,İştə, bəidəm bu gün iqbaldən.
NasehNaseh, ey nüsxeyi-kübrayi-kamal:Naseh, ey gövhəri-dəryayi-kamal!
Bəradərim Firidunbəy Köçərli cənablarınaMöhtərəm qardaşım, Firidunbəy!Yenə şəfqətlə halımı sordun,
Стихи других поэтов · Сатира
Gəldi “Babayi-Əmir” işləri samanlasın,Fürsət ikən hər kişi öz işini anlasın.
Hacılar, ay hacılar, can sizə qurban hacılarHacılar, ay hacılar, can sizə qurban hacılar,Ərəb eylər sızı hər ilbaşı talan, hacılar.
Dükançının müştəri ilə hekayətiBu sirr komunxozdamı, baqqaldamı yoxsa?Ya inki dəmir yoldamı, ya maldamı yoxsa?
Bir gül ("Vaiz ki, çıxar minbərə, hey püflər odu")Vaiz ki, çıxar minbərə, hey1 püflər odu,Təkfirə qoyar kimin ki, eşq isə modu;