Bir məktuba cavab
Sorma dəxi sorduğun əhvaldən,İştə, bəidəm bu gün iqbaldən.Verməz, onunla belə, qəlbim rizaXaliqimə qarşı edəm iştika.İstəmirəm görsənəm insanlara,Qoy atılım guşeyi-nisyanlara.Xatirə heç kəs məni qoy almasın,Namü nişanım əbədən qalmasın.Mən bu cahan içrə vəfa görmədim,Seyrü sülukunda səfa görmədim.
Aciz, yazıq bəşərlərə rəhm etməyən qəza,Səndən məni ayırmağı da etmiş iqtiza.Tək bir səninlə haq mənə qılmışdı mərhəmət,Vermişdi fikrü halətimizcə müvafiqət.Sənsiz vətəndə bir qəribəm, qan olur könül,Məşhər qopur başımda, xüruşan olur könül.Səbr eyləmək olarmı bu müşkül müsibətə –Kim, bir də röyətin daha qalsın qiyamətə?!Yatsam yuxumdasan, oyaq olsam xəyaldə,Qarşımda, gözdə, qəlbdəsən cümlə haldə.Könlüm yanar, san od basılıb qəlbi-zarıma,Hər dəm saçar alovlu su gözdən kənarıma.Dünyada hiss eylədiyim ibtilaların,Ən cangüdazıdır bu taməmən bəlaların.Amalü arizularımız qaldı natamam,Zalımdan adil Allah özü alsın intiqam!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehhet-bir-mektuba-cavab-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bir ağlamaq sədası gəldi guşuma,Aman ana, dur gör ağlayan kimdi,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
گرد اندوه پذیرد ز طرب سینه ماسبزی بخت شود زنگ بر آیینه ما
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,