Cənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,Taki bir gün bir qasidə vardıq,Dedik: haralısan? Eylədik sual

Dedi: Şirvanlıyam, çəpini,Çox bəyəndim ləhcəsini, kəpini,Necə alıcı quş ovda təpini,Dedik: inşallah tapdıq bir nəval

Dedik: tanıyırsan Molla Əsədi?Gördük coşa gəlir cism və cəsədi,Dostum deyiləm, onun həsədi,Deyincə könlümüzdən rəf oldu məlal

Dedi: duası var sənə çox onun,Yarəb, yetəcəkmi vüsalə vüsal,Söhbətindən olmamışıq tox onun,Fürqətindən qeyri dərdi yox onun

Nə işə gəlmişsən, dedik, ol maha?Dedi: kağız gətirmişəm Fərəcullaha,Araz çayın keçib düşdüm bir raha,Çəkdi məni bura fikir ilən xəyal

Dedik: ver kağızı, bizdə bir baxaq,İntizardan bəlkə oxuyaq, çıxaq,Şəm' bilək xəttin, can və dil yaxaq,Bizdə eşqi vardır pərvanə misal

Açdıq, gördük mətləbində tazı var,Şikarında sabiqə var, bazı var,Xalqa demədim kəşfi-razı var,Yəni toxunmasın hörmətə zaval

Qəlyansızlıq mənə verib zəhmət,Nəşə verdi, ay can, mənə bu söhbət,Məzhəkə zarafat eylədin qeybət,Əlbəttə, Məcruha edərsən halal

Случайное стихотворение

Стихи других поэтов · О разлуке