Ruzi-əvvəl bilməzəm kim necə qismətdir bana,Gecələr göz xabə uymaz, ah adətdir bana.

Getdi arami-dilim, taq oldı bunca taqətim,Keçdi ömrüm hicridə, hicran qiyamətdir bana.

Nalədən bir payə buldım kim, onunla mən yetəmMətləbü məqsudə, gördüm, ah qismətdir bana.

Can nə olmuş, bilməzəm cananə yetməz bunca kim,Ağlaram şəb ta səhər, həmvarə firqətdir bana.

Bu könül səndən degil, Xana əbəsdir nalələr,Bir xəyalın anidə hicrincə vüslətdir bana.

Xoş demiş eşqində aşiq min dəvasızdır, vəliEşqi-şuri dəmbədəm bir özgə halətdir bana.

Xaksari-məqdəmin olmaq təmənna etmişəm,Filhəqiqə eyb olmaz cahü rif’ətdir bana.

Макта — последний бейт с тахаллусом поэта. Sinəm içrə dağlardır, laləvəş dağlanmışam,Bu deyil zillət, Qəradaği, səadətdir bana.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви