Salubdı indi nəzərdən, gedüb, o yar məni
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Salubdı indi nəzərdən, gedüb, o yar məni,Edübdi möhnətü dərdi-ğəmə düçar məni.
Fəğanü nalə yükin çəkmək ilə gün keçdi,Bəla qətarınə çərx etdi sərqətar məni.
Bəla xədənginə olmış nişan dili-zarım,Nedüm ki, eylədi səyyadi-ğəm şikar məni.
Fəğan ilə ətəgin dutdum ol turş ruyin ,Cəfadə söylədi: «Yan get ki, od dutar məni!»
Bu fikr yordı məni ahu seyd edənlər tək,O ahu gözlü görəndə nədən qaçar məni?
Hara gedüm, nə qılum-eyliyüm, nədür çarə?Bu zalım indi beylə öldürür figar məni.
Nə söz dedim, görəsən, dəgdi qəlbinə, ya Rəbb?Küsübdi, indi beylə dindiməz nigar məni?
Qaşındən özgə əgər qiblə dutsəm aləmdə,Görim ki, eylər sədparə Zülfiqar məni.
Gecə səbahə kimi yoxdı taqətü tabım,Gətürdi təngə, Xudaya, bu ahü zar məni.
Əsiri-xəstədil oldım bu möhnətü ğəm ara,Əcəl yetişdi, gəleydi-göreydi yar məni.
Макта — последний бейт с тахаллусом поэта. Nə etmişəm, Qəradaği, bu qədər yar beyləRəqiblər nəzərində dutubdı xar məni?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/hasenali-xan-qaradagi-salubdi-indi-nezerden-gedub-o-yar-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ol kəs ki, məni öldidi, indi beylə getdi,Qan ilə xizab əlləri, şəmşir ilə getdi.
Qəmginsən nədətı? Söylə, dildar bircə gülQəmginsən nədətı? Söylə, dildar bircə gül,Yetmiş bahar, bir de, danış, yar, bircə gül.
Ruzi-əvvəl bilməzəm kim necə qismətdir banaRuzi-əvvəl bilməzəm kim necə qismətdir bana,Gecələr göz xabə uymaz, ah adətdir bana.
Tərəhhəm li, təkəlləm, ya ğəzaləTərəhhəm li, təkəlləm, ya ğəzalə,Ucaltma çərxə buncə ahü nalə.
Стихи других поэтов · О любви
رخش ایمان دلش از کفر زلفش کفر بر ایمان
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəmMəlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,
GedərGuşə-guşə yanıb nara yaxıldım,Cismim od atəşə qalanıb gedər.
Sevirəm, axıAy gözəl bacı,Başımın tacı.