Tərəhhəm li, təkəlləm, ya ğəzalə,Ucaltma çərxə buncə ahü nalə.

Gəlüb göftarə şəkərriz olmaq,Yaraşub sən kimi tutiməqalə.

Eylədür məh yüzində zülf, güya,Urub məh dövrəsinə əbri-halə.

Götür yüzdən niqabın, aç cəmalın,Ziya kəsb eylənür ondən hilalə.

Bənəfşəvardur başım dizimdə,Düşüb eşqində yüz fikrü xəyalə.

Vüsalın hasili şəhdi-müsəffa,Fəraqın hasilidür ahü nalə.

Yetişmiş başə ömrim, şimdi hicran,Nəvaziş eyliyüb, dönmüş vüsalə.

Əyağ tək düşmüşəm başdən əyağə,Əlim dut, saqiya, doldur piyalə.

Bana bir cam dut, saqi, o meydən,Qılum hal əhlini heyran bu halə.

Pərişan eyliyən fikrü xəyalım,Pərişan zülfidür, mişkin kəlalə.

Sızıldar ney kimi könlim dəmadəm,Düşüb yüz picu tab zülfi-çalə.

Könül verdim o zülfə, əl götürdim,Bu gündən kim uyubdur xəttü xalə.

Sərasər dağlanubdur misli-lalə,Bu könlim qan yudub, yetmiş zəvalə.

Hal əhli yadə salmaz əhli-halı,Nədən yeksər olubdur qeylü qalə?

Макта — последний бейт с тахаллусом поэта. Nədür bais, Qəradaği, cəhandəOlubsən ğəmlərə buncə həvalə?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви