Şerin nə demək olduğunu qarelərimizin bilməyinə şəkk və şüb-həmiz yoxdur. İndi biz merin nə demək olduğunu bildirmək istəyirik.Bax, budur, “Ələmdar” adlı qəzetdə beləcə bir şey yazılmışdır. Həminmeri yazmaqdan qabaq bilmək gərəkdir ki, “Ələmdar” nə deməkdir?Yəni bayraq tutan, habeləcə, bununla biz biləcəyik ki, türk aləmininbayraq tutanı nə qanacaq və nə fikrin sahibidir! Pəh, pəh afərinlərolsun, Allah yaman gözdən saxlamasın!Gələlim şairin kamalına. Daha orası şayani-heyrət bir şeydir. Əgərböyürdən bir nəfər qayıda, deyə ki, “heyf ol kağız-mürəkkəbdən.Otlamaq yaxşıdır belə təbdən” nahaq demiş olar.Biz ancaq o merlərdən bir-iki sətir nümunə üçün yazıb vıstavkayagöndərmək üçün oxucularımıza təqdim edirik. Mer bir qəsidədir vəbeləcə başlanır:

Əl-həqqu caə həmdən, ya eyyuhəl-əfazilQülvəllikey tüsafir min indəna əl batil.Təxlisi-Mülkə çarə varsa bu kəşməkəşdə,Fikrimcə əvvəl Allah, sonra duayi-kamil.

Mənasının nə demək olduğunu soruşsanız, onu nə mən bilirəm, nəsiz bilirsiniz, nə də yazan özü bilir. Ancaq bu qədər var ki, sözün təhə-rindən tərifnamə yazıb bir böyük şəxsi mədh edibdir, tainki puldan-muldan alıb cibişdanına qoysun.Bu merlər çox gözəl olduğundan bizim də xoşumuza gəldi ki, onabir nəzirə yazaq və beləcə də yazdıq:

Bilməm nasıl çobansan, ey merbafi-cahil –Kim, bal kimi şirindir səncə səmi-həlahil.Qoşmaqlığa kotanə, yaxud ki, bizləməkçün,Heç bir naxırda olmaz, hərgah sənə mümasil.Təsdiq edər təbabət kim, olmusan müxəbbit.Rəyin cünuni-mütləq, fikrin xəyali-batil.Türklər nicat tapmaz heç şəkki-şübhə yoxdur.Ta vardır ortalıqda min sən kimi ərazil.İdrakını qaraltmış xaliq, odur ki, yatdın –Bunca çalındı zurna, düşdü yerə qəvafil.Övsafını kitabət etmək kifayət eylər,Zira ki, öz qəsidən olmuş o vəsfə şamil.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира