Ahü fəryad eyləyirsən, söylə, fərmanın nədir?Məqsədin bildir nə şeydir, ahü əfğanın nədir?Ruznamə nə, məktəb nə, elm nə, övraq nə?Bir dəqiqə yox qərarın, suzü giryanın nədir?Yirmi keçdi və lakin, sən vətəndən keçmədin,Aləmi rüsvay edirsən, söylə vicdanın nədir?Xanəni viran edər təhsili-məktəbxanadan,Anladım, məktəb nə şeydir, elm ürfanın nədir.Etiqadın yox Zunozlar, ya da Şirvan pirinə,Belə olsa, qanmıram, ta dinü imanın nədir?Binəva sənsən ki, aldandın camaat qeydinə,Axırı bir gör nə oldun, malü samanın nədir?Tulladın dünyadə hər bir ləzzəti, nemətləri,Axirətdə, kim bilir, huri və qilmanın nədir?Baxma millət xəstədir, cindarə ümmid et, dadaş,Bundan özgə ta sözün nə, özgə dərmanın nədir?Sən deyirsən, qoymaram millət təmamən məhv ola,Vallah, heç bir kəs də bilməz, böylə ehsanın nədir?Saxla yadında, səna lazımdı beş min müştəri,Saxla yadında görək, hacı, bəyü, xanın nədir?“Molla Nəsrəddin”, 1 dekabr 1906, №35

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине