Utanma
Ey ardən ari, bala, mərdanə utanma,Hər ləhzədə ol sakini-çayxanə utanma!Çıxma eşiyə, sel tuta gər dam ilə daşı,İç çayüvü, çək tiryaküvü, böyrüvü qaşı,Yanında oturmuşlar əgər olsalar naşı,Ver tüstüsünü onlara məstanə, utanma!
Axşamatək ol guşəyi-həmmamidə sakin,Dırnaqlarıva bağla həna, saqqala… lakinİnsanı salar rövnəqə bu xeyrüləmakinOndan sonra çıx, saqqala vur şanə, utanma!
Sübh olacaq ayağə dur, otur issicə gündə,Paltarlaruvun bitlərini qır göz önündə,Ver özgəsinə olmasa gər fürsət özündə,Gey paltaruvu, seyr qıl hər yanə, utanma!
Yüz zəhmət ilə qonşuların elmi tapanda,Sən alim olursan gedib asudə yatanda,Sən eyş qıl onlar toza-torpağa batanda,Get yarü rəfiqilə gülüstanə, utanma!
Cümlə işi at bayıra, tap bir sulu qəlyan,Aksizni gər qoymasa ol azimi-İran,İranda olur tənbəkü tiryakilə ərzan,Ləng olma, götür rəxtivi İranə, utanma!
Bir söz deməyə nökərivi dutgilə məzun,Bir sözlə cənabınızı edim dəhrdə məmnun,Dərviş Ağabalanı tapıb algilən əfsun,Ondan sonra hey vur sulu qəlyanə, utanma!
Bir də edərəm mən sənə bir böylə vəsiyyət:İranidə cəhd et özüvə tapgilə xidmət.Fövt eyləmə bir fürsəti hər ləhzə qənimət,Ol sidqlə zəvvari-çilovxanə, utanma!
Təng olsa əgər başüvə ol büqeyi-Təbriz,Çünki ora bir şəhrdi pürdərd, qəməngiz,Get Xoyda səfalar çəkib ol eşqilə ləbriz,Çıx qələ kənarında xiyabanə, utanma!
Var yaxşı səyahətli çəmən qəleyi-Xoyda,Bir parə əcayib iş olur Xoyda hüveyda,Hər nə ürəyin istəsə dərhal olu peyda,Bir az qalıb ol adəmi-dərxanə utanma!
Söz müxtəsər, ol bir neçə il sakini-İran,Al bir ləqəbi-faxirə, tut rütbeyi-əyan,Qardaş, olusan getməsən axırda pəşiman,Yox faidə axırkı pəşimanə, utanma!
Bir qədri qalıb himmət ilə cəm elə dövlət,Ondan sonra qıl bir dəfə kaşanə səyahət.Xab içrə gözün görməsə eyləllə təbabət,Bənd olma bu övzai-pərişanə, utanma!
Ver huşüvi “Molla Nəsrəddin”ə, amandır,Bu fürsəti fövt eyləmək, əlbəttə, yamandır,Hər kəs bu nəsihətləri dərk eylədi, xandır.Bir şəhrdə bax min iki yüz xanə, utanma!
“Molla Nəsrəddin”, 7 iyul 1906, №14
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-utanma
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Keçən vaxtlarda ramazan ayı hələ daxil olmamış başlardıq orucluqdan yazmağa.O vaxtlar yazmağın da çox mənası və əhəmiyyəti var idi. Səbəb bu idi ki, camaat çox avam idi. Bikar mollalar fürsət tapıb, gündüzlər mömin müsəlmanları “Ya Əli, ya əzim” və gecələr “Bəy ya Allah” ibadət və riyazətə məşğul edirdilər ki, onları həmişə qaranlıqda saxlamaq ilə öz mövqelərini təmin etsinlər.
TəfavütQubalılar məscidinin qabağından keçəndə orada axır vaxtlarda izdiham görürəm. Axund Şeyx Qəni həzrətləri durub hökm edir, xeyli usta, bənna və fəhlə işdədirlər. Bir yanda kərpic işi görülür, bir yanda qapı və pəncərə qayrılır, minarələrin üstə ustalar çıxıb orada səliqə satırlar, qübbələrə rəng vururlar, minarədə müəzzinlər öz mövqelərini bəravürd edirlər, azan vaxtı azan çağırırlar, möminlər minarələrə dırmaşıb Ramazan ayının tulusunun arzusunda növ-növ xəyalata cumub, bir an da olmuş olsa özlərini rovzeyi-rizvan hiss edirlər.Amma buradan bir az fasilədə təzə tramvay üçün böyük bir vağzal bina olunur, həmən təzə binanı vüsətləndirmək üçün böyük bir xaçpərəst kilsəsi sökülüb, aradan götürülür.
“Sənət və ədəbiyyat”A.Şərif yoldaş “Kommunist” qəzetinin 63-cü nömrəsində yuxarıdakı sərlövhə altında yazdığı məqalədə deyir:“Gözəllik hissi hər fərdin cəmiyyət daxilində işğal etdiyi mövqe və mənsub olduğu sinfə görə müxtəlif mahiyyətdə olur. Bu həqiqəti bir misal ilə izah edəlim; məsələn, şairlər üçün “ilham mənbəyi” olan qadın gözəlliyi, qadın idealı cəmiyyət içərisində olan müxtəlif siniflər üçün müxtəlif olur: məsələn, işçi-kəndlilərdən ötrü qadın gözəlliyi qayət sağlam bədən, qüvvətli əl və ayaqlar – ümumiyyətlə, zəhmətə müsaid bir mövcudiyyət şəklində olur. Fəqət, fiziki əməklə əlaqəsini kəsmiş, “bədən və ruhu incəlmiş”, burjua mühitində yaşayan adamlar üçün ağüzlü, incə və küçük əl-ayaqlı, “incə, zərif bədənli”, fiziki işə müsaid olmayan qadınlar daha nəfis və gözəl görülür”.
VəlvələMart ayının 16-da on səkkiz nəfər türk qadını mamalıq dərsini qurtarıb, mamalığa şəhadətnamə aldılar.Bu xüsusda həmən günün axşamı Əli Bayramov klubunda müsamirə qurulmuşdur. On səkkiz nəfər qadın camaatın alqışı ilə səhiyyə komissarlığı tərəfindən böyük bir iltifata nail oldular.
Стихи других поэтов · Сатира
Меня тошнит, когда я вижу твою развязную походку,Меня знобит, когда я слышу твои похабства во всю глотку,
XəstəlikLovğalara*Ey qələm dostum, inan, pis xəstəlikdir lovğalıq,
Ədəbiyyat (“Kəlniyət”! Al bircə qələmdən, kağız)“Kəlniyət!” Al bircə qələmdan, kağız,Tezlik ilə jurnala bu vəzni yaz,
ŞiələrYetişib mahi-əzası şiənin,Təzələndi yenə yası şiənin.