“Sənət və ədəbiyyat”
A.Şərif yoldaş “Kommunist” qəzetinin 63-cü nömrəsində yuxarıdakı sərlövhə altında yazdığı məqalədə deyir:
“Gözəllik hissi hər fərdin cəmiyyət daxilində işğal etdiyi mövqe və mənsub olduğu sinfə görə müxtəlif mahiyyətdə olur. Bu həqiqəti bir misal ilə izah edəlim; məsələn, şairlər üçün “ilham mənbəyi” olan qadın gözəlliyi, qadın idealı cəmiyyət içərisində olan müxtəlif siniflər üçün müxtəlif olur: məsələn, işçi-kəndlilərdən ötrü qadın gözəlliyi qayət sağlam bədən, qüvvətli əl və ayaqlar – ümumiyyətlə, zəhmətə müsaid bir mövcudiyyət şəklində olur. Fəqət, fiziki əməklə əlaqəsini kəsmiş, “bədən və ruhu incəlmiş”, burjua mühitində yaşayan adamlar üçün ağüzlü, incə və küçük əl-ayaqlı, “incə, zərif bədənli”, fiziki işə müsaid olmayan qadınlar daha nəfis və gözəl görülür”.
Hər bir kəs öz rəyini açıqca söyləyə bilər; biz də bu barədə bir az danışmaq istəyirik.
Yoldaş A.Şərifin məqaləsinə gəldikdə, biz ancaq burjua mühitində yaşayan əfradın gözəllik barəsində bəslədiyi idealın məqalə sahibi tərəfindən səhih yazıldığını iqrar edirik və bunu əlavə edirik ki, nazik əllərin, nazik barmaqların ucları “manikür”də gərək olsun ki, Şərqdə ona “fındıqca” deyirlər; çünki rənglənmiş barmaqların ucu fındığa oxşayır.
Burjua sinfindən savayı, yoldaş Şərif bir də işçi barəsində söhbət açır. Amma bizə qaldıqda əlavə iki sinif dəxi qalır: biri kənd işçi camaatı, biri də mömin şəhər əsnafıdır.
Şəhər əsnafının qadın barəsində arzu etdikləri gözəllik ibarətdir: məhz yoğun baldırdan və ağ, yağlı bədəndən. Çünki şəriət də belə buyurur.
Kənd əhalisinə gəldikdə, bunların da bu saat tək bircə idealı var:
– Ay arvad, qorxuram gecə qaranlıqda qalarıq, heyvanlar dolaşar; dana-buzov ayaq altında qalar. Götür o neft qabını, gör bir Hüseynqulugildən bir gecəlik neft tapıb gətirə bilərsən?..
İndi kəndlinin qadın barəsində olan gözəllik idealı odur ki, arvadı, Hüseynqulugildən gələndə kişisini uzaqdan haraylayıb sevincək ona xəbər verə:
– A kişi, şükür olsun Allaha, bu gecəlik neft tapmışam.
Gözəllik, gözəllik – budur!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 20 mart 1926, №12
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-senet-ve-edebiyyat
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hər kəs desə “allah yoxdur” – bil ki, yalan deyir. Axı insanın ağlı var; bəs bu dünyanı kim yaradıb?Hələ dəlili-əqli kənarda qalsın: bəs yüz iyirmi dörd min peyğəmbərə nə deyirsən ki, bunlar hamısı bir-birinin dalıyca Allahın varlığını təsdiq ediblər?
“Kusi-rehlət”Oktyabr inqilabı bayramı münasibətilə*Xəcil onkəs ki, rəft kar nəsaxt,
Şura qadınlarıOktyabr ayının ikisində, Bakıda şura qadınlarının və zəhmətkeş qadınların bir böyük yığıncağını gördüm.Və hamısını üzü açıq gördüm.
Üzr istəyirəmSənayeləşmə istiqrazı barəsində mən keçən həftə üzümü müsəlman qardaşlara tutub təklifdə bulunmuşdum. Yazmışdım ki, hər bir vətən evladının borcudur öz hökumətinin məmləkətinin təmiri yolunda ona əl uzatsın və hal-hazırda da hər bir şuralar vətəndaşının borcudur ki, sənaye istiqrazına yazılmaqla Şuralar hökumətinin səsinə səs versin.Bu xüsusda idarəmizə bir çox yerdən cavablar gəldi. Bu cavablar iki qisimdir: bir qismi zəhmətkeşlər tərəfindən gələn cavablardır. Bir qismi də iman əhllərindən gələn cavablardır.
Стихи других поэтов · Сатира
Mirzə Fətəliyə*Piranəsərlikdə çərxi-kəcrəftar
Yatmısan, Molla əmu, gürcülər içrə hələ sən!Ах, спишь ты, дядюшка Молла, в краю грузин туманном.Хоть раз пожаловал бы ты к почтенным мусульманам.
Röyası axundunTəsir eləyib millətə röyası axundun,Xülyası, müəmması, təmannası axundun.
«Molla Nəsrəddin» təyyarəsiİki ildir ki, vəfat etmiş ərim Kəblə Cəfər,İşləyib öz başımı saxlamışam bircə təhər,