“Kusi-rehlət”
Oktyabr inqilabı bayramı münasibətilə
Xəcil onkəs ki, rəft kar nəsaxt,
Kusi-rehlət zədənd bar nəsaxt.
Sədi
Gərək hər bir kəs öz sözünü danışsın. Onunçün mən Molla Nəsrəddin ancaq molla sözü danışacağam; çünki özüm də mollayam.
Söhbət Oktyabr inqilabının on illik bayramı barəsindədir.
Və çün axır vaxtlarda eşidirəm və qəzetlərdə oxuyuram ki, Şura məmləkətlərinin zəhmətkeşləri Oktyabr inqilabının on illik bayramını saxlamağa hazırlaşırlar və çün digər tərəfdən də mən baxıram ki, bu söhbətlərin içində heç mollaların adı çəkilmir, o səbəbdən mən burada öz həmsinif və həmkarlarım barəsində bir neçə söz demək istərdim.
Bunu da ərz edim ki, mollaları Oktyabr inqilabına qatmağa mən özümü haqlı sanıram; səbəb budur ki, əgər Oktyabr inqilabı bayramı doğrudan da zəhmətkeşlərin bayramıdır, o surətdə mollalar hamıdan artıq bu hərbin dəstəsinə məslək ola bilələr gərək. Zira ki, əgər sən zəhmətkeşliyi şərtə qoyursansa, bu saat Novxanıda mollalar öz dallarında daş daşıyırlar ki, təzə məscid tiksinlər.
Bəs, bu zəhmət deyil, nədir?
Burada Novxanı məscidinin tikilmək söhbətini nəzərə çəkməkdə mən onu istəyirəm deyəm ki, sair zəhmətkeşlərlə bərabər plov zəhmətkeşləri, yəni mollalar da Oktyabr inqilabının on illik bayramını yad etməyə hazırlaşırlar; çünki onlar belə ağır zəhmətlə, dallarında daşıdıqları daşdan tikilən dükanları, yəni məscidləri hazır olan kimi həmin behişt sahibləri çıxacaqlar minbərə və avama belə moizə edəcəklər:
– Pullarınızı bizə gətirin və behiştdə özünüzə yer götürün, Oktyabr inqilabına uymayınız, inqilabdan-zaddan sizə haray yoxdur, məscidə toplanın, qəbir evinizi abad etməyə hazırlaşınız...
Oktyabr inqilabının on illiyi şahın Təbriz səfərinə təsadüf edir. Orada da plov zəhmətkeşləri, yəni mollalar şahın ziyarətinə müşərrəf olub, soruşdular ki, aya, doğrudurmu ki, şah həzrətləri övrətlərin çarşabını götürmək istəyir?
Və Rza şah mollalara “yox” cavabını veribdir.
Bu söhbətlər hamısı gələcək üçün böyük bir yadigar olacaq. Səbəb budur ki, Oktyabr inqilabının ikinci onillik bayramını saxlayan vaxt bu günləri və bu işləri yada salacayıq və o vədə deyəcəyik:
– On il bundan əqdəm inqilabın birinci onilliyində Novxanıda təzə məscid tikilirdi. Və Təbrizdə, yəni İranın ikinci paytaxtında, övrətləri mollalar çarşab içində çürüdəndə azadixahlardan bu barədə bir iqdamat görmürdük və eşitmirdik. Bunlar hamısı yadigardır.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 15 sentyabr 1927, №38
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-kusi-rehlet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nə gözəlsən, ey Bakı dəryası! Və necə xoşbəxtsən, ey Bakı dəryası! Ey Bakı dəryası, ey dəryaların seçilmişi! Ey göllərin padşahı! Nə göl kimi gölsən, ey Bakı dəryası, çünki yer üzündə sənin kimi böyük göl yoxdu! Nə dərya kimi dəryasan, Bakı dəryası, çünki çəkilib şir kimi durmusan kənarda və heç bir özgə dəryalara qarışmırsan, heç kəs ilə işin yoxdur!Nə gözəlsən, ey Bakı dəryası!
Cümə günləriBiz müsəlman tayfası bir sözü danışanda heç o sözün dalınıqabağını fikirləşmirik. Elə, məsələn, indi mən özüm də bu sözləri yaza-yaza nə dalını fikirləşirəm, nə qabağını, elə ha zora salıb yazıram və heç fikir eləmirəm ki, görək axır bu sözləri yazmaqdan nə fayda, gərək bu sözləri kim oxuyacaq və kimə lazımdır və nəyə lazımdır ki, oxusunlar? Niyə də ki, oxusunlar və nə səbəbə gözlərinin nurunu töküb oxusunlar? Nə cəhətə “İxtiyarat” kimi kitabları qoyub bu cür cəfəngiyatı oxusunlar?Deyəsən bir az uzun oldu.
Qurbağalarİran mücahidlərindən məşhur natiq Mirzə Cəfər Tiflisdə bir gün nitq söyləyəndən sonra mən ona küçədə rast gəlib dedim:– Əzizim, söylədiyin nitqinə heç sözüm yoxdur. Amma mən səndən təvəqqə edirəm ki, işdir, İrana yolun düşsə, Naxçıvana getmə, düz bir baş bileti al Cülfaya.
Bir boçka suBakıda Çornı qorod fəhlələrinəAğa fəhlələr, yenə dilinizi uzadıbsınız, “Təzə həyat”ın 91-ci nömrəsində şikayət edirsiniz ki, zavodun müdiri gündə sizə, əlli iki nəfərə bir boçka su verir. Yazırsınız ki, sudan ötrü qapı-qapı dilənirsiniz və bundan da savayı çox artıq-əskik sözlər yazırsınız…
Стихи других поэтов · Сатира
Yatma, dəxi gözlərini aç, a Babayi-Əmir!Təzə danosbaz çıxıb, qaç, a Babayi-Əmir!
FərmanMəsciddə bu il hökm elədi Molla Süleyman,Bir gündə gərəkdir kəsilə Bakıda qurban.
İki ildir vafat edib Sabirİki ildir vgfat edib Sabİr,Onu millət gözəlcə yad eliyib,
Divanbəyiləri həcvSəndən ayrılandan sonra, Nəsir bəg!İstədim qayıram bir nəzmi-göyçək!