Yatma, dəxi gözlərini aç, a Babayi-Əmir!Təzə danosbaz çıxıb, qaç, a Babayi-Əmir!Mən demədimmi sənə etmə bizi dəngəsər!Cəmləşib xalq hamı başını birdən əzər!Mən deyən olmadımı, oldumu, ya sərbəsər?İndi buyur... bax, yazılıbdır nələr?Yumma, dəxi gözlərini aç, a Babayi-Əmir!Durma, götür başını qaç, a Babayi-Əmir!

Sən götürüb yazmışsan qızlara zülm etməli,Gündə çomaxla qızı hey döyüb incitməli,Qız nədi, məktəb nədi? Onlar hamı bitməli,Güclə, kötəklə bütün qızlar ərə getməli.Süzmə dəxi gözlərini, aç, a Babayi-Əmir!Şəlpələrin tez yığıb qaç, a Babayi-Əmir!

Sən yolunu azmısan, anlamayırsan özün,Qol-qıçını sındıran xalqa deyirsən qızın,Qızlara insan kimi baxmamaq imiş sözün,... Əfəndi bilib süzmə dəxi qaş-gözün,Kafir olub salmısan xaç, a Babayi-Əmir!Yumma, dəxi gözlərin aç, a Babayi-Əmir!Durma, şuluqdur işin, qaç, a Babayi-Əmir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира