Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?Veribdir əl-ələ, tərki-nifaq edir, nə əcəb?

Nə bir nəfər tapılır bir kəsi edə rəncur;Nə bir vahid çalır bir fəqir üçün zənbur;Nə qəztəçi, nə mühərrir, nə adəmi-məşhurBiri birin söyüb olmaz nəzakətindən dur.Qucaqlaşıb hamı meyli vəfaq edir, nə əcəb?Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?

Qəztəçi, inteligent, milyoner, ziyalı, filan,Kababçı, ləbləbiçi, ortada-arada qalan,Qoçu, hacı, məşədi, molla, kəndli, bəy ilə xanEdiblər əhd ki, can söyləyib, eşitsin can.Kəmali-şövqlə əzmi-vəfaq edir, nə əcəb?Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?

Ümuri-millətə heç kəs qarışmayırdı əzəl;Yox idi bir kişi cəmiyyətə qoyaydı məhəl;Odur ki, millət ələ almış idi cami-əcəl,Bax, indi səy eləyir hər nə varsa kor və keçəl.Özün bu millət içində sinaq edir, nə əcəb?Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?

Hamı dilər ki, ola millətin havadarı,Tutub əlini ola qəm günündə qəmxarı,Səadətə yetirən milləti-diləfkarı................................Nədənsə millət içindən məraq edir, nə əcəb?Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?Əzəldə kimsə özünü bu yolda yormaz idi;Verəydi milləti can, əl işinə vurmaz idi;Məlali-millətə baxmazdı, hal sormaz idi,O şəxslər ki, “Nicat”a yaxın da durmaz idi,Dəri-nicatı döyüb taqqataq edir, nə əcəb?Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?

Xəlayiq indi dilər millətə ola qurban;“Nicat”a üzv ola, cəmiyyətə ola qurban;Baxanda lap bulara ağıldan çıxır insan.Yetər, kömürçü çıxıb ortaya tutub meydan;“Nicat”ı küçəbəküçə soraq edir, nə əcəb?Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?

Yəqin ki, burda bir iş var, nəhan olur bizdənVə ya ki, əmri-cibiştan şitab edir bizdən;“Nicat”a üzv gəlir Ərdəbil və Təbrizdən.Deyilsə, ay Baba, bircə sual edim sizdən:Çatan çilenliyə bəxtin sınaq edir, nə əcəb?Bununla bəlkə üzün millət ağ edir, nə əcəb?

Baxanda yollara, məxluq tappatap yüyürür;Iki əlin də üzünə dayaq edir, nə əcəb?“Nicat” üçün nə isə kəşməkəşdədir məxluq.Qəribə, millətimiz ittifaq edir, nə əcəb?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине