Aktyor
Dünən rəfiqlərdən biri mənə dedi ki, bizim müsəlman ziyalılarının, ələlxüsusartistlərinin ayrılmaz və unudulmaz bir yoldaşı varsa, o da həsəddir.Dedim:– Aşna, nə var? Yenə filosofluqdan dəm vurursan.O:– Yox, görürsən ki, bir nəfər bir az diribaşdır, zirəkdir, yaxşı oynayır.O biri tez çalışır ki, nə tövr olsa, onu sıxıb kənara çıxarsın. Mümkünsəona yol verməsin ki, məbada yaxşı oynayıb camaatın hüsn-rəğbətini qazanar.Hər cür olsa, onun ayağından dartıb yıxmağa səy edir. Biləbilə rolu eləsinə verirki, o da səhnəyə çıxdıqda Ənzəli balqabağınadönüb qalsın.Mən:– Müsəlman ziyalısı, o da artisti-həsəd, əstəğfürullah, heç belə şeyolmaz.O:– Sübut üçün, məsələn, cavan aktyorlarımızdan Hacı Hacınski, özü elə zirək,elə istedadlıdır ki, hər kəs yanında danışsa, ya çətin bir hərəkət göstərsə, o saathərəkəti alar. O, ləhcə ilə danışıb, həmin hərəkəti də nöqsansız göstərər.Bir dəfə məşqdə oyun arasında ermənicə danışmaq lazım gəlir, erməni rolunuöhdəsinə alan cənab, yanında Hacını görcək, məşq əsnasında ermənicə danışmırvə açıq-açığına:– Danışsam, o öyrənər, – deyir və: – Teatr başlandıqda danışaram, – sözləriniəlavə edir. Xülasə, mən ölüm, sən öləsən ilə boynuna qoyurlar. Ağzını açan kimiHacı zalımoğlu onun kimi, bəlkə ondan da yaxşı danışmağa başlayır.Bir də gördüm bir artist həsəddən az qalıb bağrı çatlasın.Mən:– Canı çıxsın, istedadlı olsun.O:– Yox... axı, tək o deyil.Mən:– Aşna, artıq müşərrəf eləmə. Mən səni nəsrlə başa sala bilmədim, qulaq as,nəzmlə deyim:
Pozma heç vəzi-mədarın, aktyordur, aktyor:Başlama tənqidə karın, aktyordur, aktyor.
Sən bilirsən ki, olubdur aktyorluq sənəti,Fikri puldur, zikri puldur, yoxdur özgə niyyəti;Boş yerə, bu millətin boynuna yüklər minnəti,Fəxr edir, guya ki, ürfanə sürüklər milləti.Pozma sən də iftixarın, aktyordur, aktyor;Başlama tənqidə karın, aktyordur, aktyor.Özgəni çəkmək qabaq, divanəlikdir, qıl nəzər!Çox da istedadı var, biganədir, bidərdsər;Istəyir tək oynayıb şöhrət qazansın simü zər;Bir onun tək oynayan olsa, alar qəlbin kədər;Qeyb edər şanü vüqarın, aktyordur, aktyor;Başlama tənqidə karın, aktyordur, aktyor.
Istəyir məxluq ona təzim qılsın bihüdud;Saxlasın hər ehtiramın, söyləsin, nadir vücud;Zirəki meydana çəkmək heç ona etməz nümud;Mümkün olsa tapdalar, görsə birində var umud;Sındırar qəddi-çinarın, aktyordur, aktyor;Başlama tənqidə karın, aktyordur, aktyor.
Görsə bir zirək, deyər: divanədir, gec getdi bu;Səy edər bişmiş aşına bəlkə qatsın buzlu su.Oynasa biçarə yaxşı, tez açar bir gövtgu,Büxldən məcbur olar olsun onunla həm ədu.Ləkələr hər etibarın, aktyordur, aktyor;Başlama tənqidə karın, aktyordur, aktyor.
Millətə xidmət deyil, fikri cibişdandır, gözüm!Zirəkə, bir əhli-istedadə düşmandır, gözüm!Qeyrinin iş bilməsindən o peşimandır, gözüm!Bu təəccüb iş deyil, çünki müsəlmandır, gözüm!Tərk edib namusü arın, aktyordur, aktyor;Başlama tənqidə karın, aktyordur, aktyor.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-aktyor
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məhəbbət ölkəsi qəm diyarıdır,O diyarda ağlayan çox, gülən yox.
Məhəbbət əşarıBir lalərüxəm, eşqimə sultan ola bilsən,Məndən qaç uzaq, vəslimə mehman ola bilsən.
Mənim TanrımMən bir zaman öz-özümdən uzaxdım,Dün bir işıq buldum, ruhuma taxdım.
Məhkum ŞərqəEy Şərq, sənin üstündə cahan çarpışıyorkən,Aləm səni bölməklə səadət bölüşüyorkən,
Стихи других поэтов · Сатира
Hər kəs mağazinlərdə ki xidmətdədir, oğlum,Beş gün olarin canları rahətdədir, oğlum!
Yubiley aşiqiYubiley istəyirəm, yubiley istəyirəm,Çox az şey istəyirəm, çox az şey istəyirəm,
“Səni mən sevməyirəm, sevməyirəm...”Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
Ağa dərvişBir tazə qəsidə edib inşad ağa dərviş,Xırmanda qurub şivənü fəryad ağa dərviş.