Məhəbbət ölkəsi qəm diyarıdır,O diyarda ağlayan çox, gülən yox.Cad olunmuş kimi könül çırpınır,Ağlayormu, gülüyormu – bilən yox!Fələk məni öylə günə salıb ki,Bilmiyorom yaşayımmı, ölümmü?Yazıq könlüm öylə hala qalıb ki,Bilmiyorom ağlayımmı, gülümmü?

Məhəbbət ölkəsi qəm diyarıdır.O ölkəni dolaşıram bilərək.Için-için eşq ürəymi yandırır.Yanıyoram sevinərək, gülərəkGözüm ağlar, dodaqlarım gülümsər,Bilmiyoram yaşayımmı, ölümmü?Yaşamaq istərəm, ölüm bəklərəm,Bilmiyorom yaşayımmı, ölümmü?

Dənizlər ardından Günəş nur saçır,Bahar gülümsüyor, çiçəklər açır,Yaşayış oynayır, dirilik uçırKeçmiş zamanlarım gözümdən keçir.Çocuqluğum, oyandığım, güldüyüm...Iynə kimi ürəyimi dələrəkGözüm ağlar, dodaqlarım gülümsər,Bilmiyorom ağlayımmı, gülümmü?Yaşamaq da istər könlüm, ölmək dəBilmiyorom yaşayımmı, ölümmü?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе