Ala gözlü ceyranları andırıyor düzləri,Toplamışdır gözəlliyi ən sevimli qızları –Görkəmilə andırıyor düşündüyü sözləriKəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.

Sərt baxırkən ən alovlu duyğuları dondurur,Donuqluğu donub qalan ürəkləri yandırır.Gah bir toytək oynaq olur, gah bir matəm andırırKəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.

Bir baxışla azdırıyor, bir baxışla bildirir,Bir baxışla ağladıyor, bir baxışla güldürür;Gülümsərkən can veriyor, süzülərkən öldürürKəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.

Itirdiyin unutdurur, gördüyündən küsdürür,Ən sarsılmaz ürəkləri yarpaq kimi əsdirir,Tutqun gecə, aydın günmü, görən necə kəsdirirKəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.Mən istərdim şairləri, şeir ilahi qucurkən,Iki gözə səcdə edib oynaq dillər açırkən,Görəydilər incə, xəfif təbəssümlər saçırkən,Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов