Sahib-zühur
Evini Allah yıxsın, a Baba, Dum əməllərindən qabaq bizim evimizi sən yıxdınki, elə dedin: “Qız gərək oxusun, qız gərək oxusun!”Indi yaxşıdır? Mən sənə demədim ki, o məktəblərdə oxumağın axırı, boynunaxaç salmaqla qurtaracaq! Mən ha dad elədim, sən elə dedin – yox... Nə baxırsanüzümə, yoxsa yenə demək istəyirsən? – yox? Daha yum ağzını, bax, bu da qəzet,bu da müsəlman qızı “Zavedenie Svyatoy Ninı” məktəbini tamam edib, bir qızılxaç da alıbdır. Bəh, bəh! Elə bu qalmışdı ki, qızlarımız boyunlarına qızıl medal,qızıl xaçda salsınlar. Yox, daha dünyanın axırıdır. Srağagün aşağı gedirdim, bir qapıdayazılıb: “Doktor Göhərxanım Əliyeva”.A kişi, oxuyub doktor olmağı məni yandırmır, götürüb bir də yazır ki: “Fəqirmüsəlman xanımlarına müftə müalicə olunur”. Deyəsən, bu gəlib Allah verəndərdi sağaldacaq! Əgər bir naxoşun əcəli yetişibsə, istəyirsən pul ilə bax,istəyirsən pulsuz o öləcək ki, öləcək!Hə, nə var, Baba, gülürsən? Yoxsa şadlanırsan ki, müsəlman qızı məktəbiqızıl medal ilə tamam etmiş, yaxud müsəlman xanımı təbibə olub, öz bacılarınaməhrəmanə kömək edir. Yox, Baba, indi bildim ki, sən də kafirsən. Vay atanınevinəcən, məxluq tamam kafir imiş!Oldu islam əhli səd əfsus kim, islamə dur,Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.
Bilsə yasin eybi yox, amma ki, sitr etsin üzün;Qoymayın nisvanı viran məktəbə salsın özün;Qanmadı heç kəs Qəyurun bu qəyuranə sözün,Bir baxın, qoydu xəlayiq axır adım “Kəmşüur”;Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.
Qız ədəb alsın deyə, verdi qəzetlər səsbəsəs,Taki nisvan milləti-islama olsun dadri-rəs,Söylərəm, qızlar qızıl xaç salmağa eylər həvəs;Saqqalım yoxdur, sözümə guş qılmaz heçcə kəs.Düz yolu millət azıb, girdaba düşdü misli-kür,Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.
Zərrəcə islama qızdan nəf ola qabil deyil;Qız ki, var naqisfərasətdir, gözüm, aqil deyil,Əlli il təhsili-elm etsə, yenə kamil deyil;Ay canım, qızlar ki, insaniyyətə daxil deyil.Qızlara insan deyib, məxluq edir başına zur;Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.
Qızların təhsili dini-paki eylər sərnigun;Naqisül-əql olmağından elm ilə çıxmaz cünun.Bəzi qızlar var hələ, lap qurtarıb darülfünun,Sonra da paltar geyir, islamı da etmiş zəbun.Bunlara bişək çəkir düzəx zəbanə çün tənur;Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.
Elm təhsilin qıza peyğəmbər etmişdir haram;Bəzi sarsaqlar bunun əksin deyirlər sübhü şam.Qəztələr peyğəmbərə böhtan edirlər, bittəmam.Çox zaman çəkməz qiyamət, şübhəsiz eylər qiyam.Mən biləm, fərman alıb Israfil etsin nəfxi-sur;Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-sahib-zuhur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ala gözlü ceyranları andırıyor düzləri,Toplamışdır gözəlliyi ən sevimli qızları –
Aslan və FərhadBöyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində olan kiçik, birmərtəbəli evdə iki qardaş, bir bacı yaşayırdı. Qardaşlardan biri on altı yaşında Fərhad, o birisi iyirmi altı yaşında Aslan idi. Bacıları isə on beş yaşında Züleyxa adında bir qız idi. Bu kiçik ailədə baş verən və vaxtilə mənə söylənilən olduqca mütəəssir bir hadisə mənim qəlbimi sıxdığı üçün bu hadisəni möhtərəm oxuculara söyləməklə onları da öz dərdimə şərik etmək fikrindəyəm.Zənnimcə, xilqətdən daha əvvəl ədalətsizlik və vicdansızlıq yaranmışdır. Zira, istər tarixə, istər indiki həyata baxılarsa, çox az insan tapılar ki, ədalətsizlikdən uzaq olsun. Az adam tapılar ki, bir pis iş etdikdə onu vicdan ilə müqayisə etsin, yaxud fikir eləsin ki, əcəba, bu əmrə ki, mən iqdam edirəm, bu rəvamıdır?.. Nəinki insanlar arasında, hətta xilqət və təbiətdə daha böyük qanunsuzluq müşahidə olunur. Görürsən, bir nəfər nifrətə şayan olan zalımı ucaldıb bütün arzuların fövqünə yetirdi,
Mənsur və SitarəBaharın orta ayı idi. Şəhərin kənarında olan böyük bir bağçada hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. Bu bağ dövlətli adamın deyildisə də, lakin sahibi Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzusunu qazanıb külfəti ilə bahəm bəxtiyar yaşayırdı. Aslan bağçaya çox qulluq etdiyi üçün, bağ şəhərin bütün başqa bağlarından gözəl idi. Hər tərəfdə ağaclar, sərvlər, çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın ortasında bir hovuza dörd balıq buraxılmışdı ki, durulduğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri ilə şad üzürdülər. Suyun zərif şəfəqləri hovuzu əhatə edən yaşıl ağacların üstünə düşüb keçəndə, ildırıma bənzədiyi üçün, bu lətafətə tamaşa edən qüvveyi- bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər açılıb səhneyi-asimana baxıb gülürdü. Xəfif əsən hava ney kimi bülbülanixoşəlhanın həzin nəvasına qatışıb, mahir bir musiqişünasın belə çala bilməyəcəyi lətif havalar çalırdı.Hələ bu lətafətin üstünə hər səhər saf havada pərişan saçlarını kürəklərinə örtüb xuraman-xuraman seyr edərək, təbiətin bu gözəllik və lətafətinə tamaşa edən bir qızın bəxş etdiyi mənzəreyi-fərəhəfzanı artıranda, bağça dünya üzündə yaranmış ikinci bir cənnət, qız isə dünya behiştini təzyin etməkdən ötrü səmadan enmiş bir mələk olduğu aşkar görünürdü. Qız şirmayı kimi ağ əllərinin birini şamama kimi qalxmış döşünün altına vurub, o biri əli ilə hərdən saçlarına nizam verirdi. Nazik ipək köynəyini həzin-həzin meh vuran bahar havası yelləndirdikcə, köynək yellənib haman dünya hurisinin süd kimi ağ bədənini yelləyir, qız isə, onsuz da sərv ilə rəqabət edən bülənd qamətini yüksəldib, ahular kimi təsviri naqabil bir nazünəzakətlə yeriyirdi.
Əhməd və QumruIƏhməd qalın qaşlarını çatmış, odlu gözlərini süzüb gənclərə yakışırbir zövq, mütəxənninlərə yakışır bir ciddiyyətlə bakıyordu. Ötədən bəriyə Şamaxı gözəllər bulağı olduğunu bilirdisə də, böylə gözəl, böylə sevimli bir qıza uğradığı yox idi. Bu qaragözlü, bu cazibəli, çevik tərpənişli qızcigəz, ən gözəl bir baharın təcəssüm edəcək ən odlu çırpınan ruhların, zehnlərin yaratdığı xəyallar qədər xəfif olduğu kimi, geydiyi al-yaşıl, göy və sarı paltarında təbiətin gəlinləri sanılan kələbəklər qədər bəzəkli idi. Kürəklərində qara saçları ləpələniyor, boynu isə sevdiginin boynunu ilk kərə qucan ən qızğın bir sevincin titrəyən qolları gibi iri al mərcanlardan bir boyunbağını qucmuş idi. Qolunda sadəcə bir bilərzik var idi. Əllərində olan dəf, kamança və bu gibi çalğı şeylərindən qızların dağlardan, çəmənlərdən, seyrlərdən qayıtdıqlarını anlamaq... bir şey deyil idi. Qumru bayaqdan bəri ruhunu okşayan zövqləri həvəslər və sevinclərlə dolu ürəgindən ayırmamış və hələ də onların təsiri altında onun da bəzən sərxoşlar gibi laübaliyanə ətrafə səndələyərək yolun hər iki yanında bitmiş kök otları cinayətdə müqəssirmişlər gibi tapdar, bəzən vəhşi marallar gibi çevik və ürkək bir görkəm alıb ötədən bəriyi süzər, bəzən də nadinc çocuqlar gibi yanında düşüncələrə dalmış bir qızı çimdikləyərək diksindirər və yaxud al dodaqlarında təbəssümlər oynadaraq bir lətifə söylər və gözəllər qurultayını gülüşdürərdi. Əhməd okumamış, fəqət bir qədər nazik yürəgə yiyə olduğu üçün təbiəti pək sevər və bəlkə də, avçılıqdan daha əvvəl onu seyr etməgə bu çəmənlərə çıxmış idi. Fəqət Qumruyu görüncə, nə ötələrdə yazın sərin yelləriylə təpələnib parlayan zəmiləri, nə onların arasından qalxıb, hər yer gözəl, hər çiçək lətif olduğu üçün nerəyə qonacəgin bir dürlü kəsdirməgən və xəfif cikciklərlə şaşqıncasına ötəyə-bəriyə qonub-qalxan min-min quşların sevincini görüyor, yalnız nə olduğu belə anlaşılmayan bir qüvvənin təhrikiylə şəhərə yaklaşan qızları uzaqdan-uzağa biixtiyar izləyordu.
Стихи других поэтов · Сатира
Bir söylə görüm məktəbi-irfan nəyə lazım?Təhsili-ədəb, dərsi-dəbistan nəyə lazım?
NəzmEylədilər məsləhət bir neçə ağa, rəis,Ta açalar mədrəsə, məsləhəti-amra.
Mirzə MehdiyəEy Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;
Töhmət edir qəzetçilər, – məş’əri-nası bir belə!Töhmət edir qəzetçilər, – mə’şəri-nası bir belə!..Özlərinin, inan ki, yox fəhmü zəkası bir belə!..