Bir söylə görüm məktəbi-irfan nəyə lazım?Təhsili-ədəb, dərsi-dəbistan nəyə lazım?

Millətdə nə lazım, de görüm, fənni-sənaət,Şeytan əməlin bilsə atar dini cəmaət,Get bağla həna xəttinə həmmamdə rahət,Xəttində həna olmasa insan nəyə lazım?Saqqalı qızarmazsa müsəlman nəyə lazım?

Məktəb nədi, qoy seyri-səfa eyləsin oğlun,Vel-vel dolanıb, nəşvü nüma eyləsin oğlun,Düşdükcə yeri səfki-dima eyləsin oğlun,Ayda çocuğun etməsə bir qan, nəyə lazım?Asudə yeri olmasa zindan, nəyə lazım?

Xaliq sənə bəxş eyləsə hər bir qız əyali,Qoyma onu təhsili-ədəbdən ola hali,Cəhd et, özünə kəsb eləmə vizrü vəbaliNisvanda ədəb, məktəbi-nisvan nəyə lazım?Biçarə qadın olmasa heyvan, nəyə lazım?

Övladına tə’lim elə qızlıqdan əsarət,Tab etsin ərindən nə qədər çəksə həqarət,Çal başına çıxsın gözü ta eyləsin adət,Qız taifəsi xürrəmü xəndan nəyə lazım?Məzlumə qızın olmasa giryan nəyə lazım?

Arvad odu ki, ömr edə zindan arasında,Tutsa qəzəbin tapda özün də, balasın da,Söy taifəsin də, atasın da, anasın da,Vur ağzına düşsün yerə dəndan, nəyə lazım?Yol zülfünü, ol zülfi-pərişan nəyə lazım!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости