Osmanlıda köhnə idarəni qaytarmaq istəyən «Şəriət istəriz» adlı firqəyə daxil olanların ən ictihadlılarının biri sövdakar Əhməd imiş ki, mərhum Zakir İşanın yaxın müridlərindən olub Rusiyadan Türkiyəyə köçüb alış-veriş eləyir.

«Vəqt»in yazdığına görə bu cənab Türkiyədə qabaqlarda fahişəxana sahibi imiş və Rusiyadan doqquz-on yaşında qızları alıb aparıb Osmanlıda ona-buna satarmış.

Axırda da ki, «Şəriət istəriz» adlı firqəyə daxil olub başlayıb çığırıb-bağırmağa ki, «hürriyyət və idareyi-məşrutə şəriətə xilafdır».

Belə də gərək olsun və özgə cür ola bilməzdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Hacı Əli ağanın ziyafətində

Mən bir az yubanmışdım. Miss Hanna həyəcanlı bir surətdə evdə gəzişirdi.O məni görərkən indiyə qədər dilinə gətirmədiyi sözləri deməyə başladı:

14 мин
Şəbnaməyi nömrə duvvum

Bu gün Təbrizin bütün küçələrində rus teleqraf agentliyinin xəbərləri vurulmuşdu. Bu da Təbriz həyatında birinci hadisələrdən idi, çar istilası zamanı və çar istilasından əvvəl belə-belə hadisələr olmamışdı.Rus konsulxanasının bizim çıxardığımız şəbnamələrlə mübarizə aparmaq tədbirləri bundan ibarət qaldı. O, yalan və uydurma teleqraf xəbərlərini çap etdirib divarlara yapışdırmaqla xalqın fikrini Məhəmmədəlinin lehinə çevirməyə çalışırdı. Teleqraf bu məzmunda idi:

30 мин
Şəbnamə №3

Mən hələ nahar etməmişdim. Rus-İran məktəbindən yenicə gəlmişdim. Təbrizdə hökm sürən həyəcanlı şayiələri müzakirə etmək üçün oraya yığılmışdıq.Ruslar, ingilislər Məhəmmədəlinin taxta sahib olması qalibiyyəti haqqında cürbəcür şayiələr buraxırdı. Sabiq şahın hərəkətlərinə dair xəbərləri olduqca gizlin saxlayırdılar, konsulxanalarda belə lazımi xəbərlər yox idi.

4 мин
Çar konsulunun yeni xəyanəti

Bu gün miss Hannanın Payan kəndinə gedəcəyini bilirdim, o bunu bir gün əvvəl mənə xəbər vermişdi; qız mənimlə bərabər getməyi arzu edərək məktubunda təkid göstərmişdi.Mən özüm də bu səfərdən maraqlanırdım, bu son günlərdə İngiltərə və Rusiya dövlətləri İranda yeni hadisələr yaratmaqda və Morqan Şosterin qovulması üçün ciddi surətdə çalışmaqda idi.

5 мин

Стихи других поэтов · Сатира