Quba meydanı
Çıxdı səd heyf, əlimizdən ol ədalət kani,O juliklər yatağı, köhnə Quba meydani.
Var idik bir neçə dəllal hamı pakizənəjad,Müxtəsər kim, bizim əlmizdə idi hər bir zad,Xalq gər hiylədə şeytanı sanır kani-fəsad,Bizə şagird olamazdı, hələ qalsın ustad,Hiyləvü məkr ilə fəsx etmiş idik şeytani.
Karimiz sübhü məsa aləmi aldatmaq idi,Birə beş xalqa baha qiymətə şey satmaq idi,Qərəz, adət bizə asudə yeyib yatmaq idi,Göz görə xalqı bütün karimiz aldatmaq idi,Bizə, yarəb, yenə qismət elə o dövrani.
Bundan əqdəm, Baba, biz keyf çəkərdik məqul,Eləmişdik hamı arsızlığı şövq ilə qəbul,Söysün aləm məni, ta ki mənə pul olsun hüsul,Kişinin qeyrəti, namusu fəqət puldur, pul,Satmasam mən pula, kafirəm əgər imani.
Kim ki, meydanə tərəf eyləsə idi iqdam,Vay onun halına olsun, o da ki, onda əvam,Çəkər idik o fəqirin işinə biz əncam,Var-yoxun ol dəm əlindən alar idik itmam,Becəhənnəm ki, acından çıxa onun cani.
Bizə bu sənət o vaxt ki, Baba, bir adət idi,Ruzü şəb satdığımız köhnə, çürük saət idi.Canımız bunca əziyyətdən əcəb rahət idi,Tez bu meydanə gələrdi kimə nə hacət idi,Məkr ilə almağa məcbur edərdik ani.
Bir də satdırmağa saldata verərdik şalvar,O dəm ətrafın alırdı bütün əhli-bazar,Xeyli təriflər idik, görsə idik müştəri var,Xalqdan tez onu eylərdik o saətdə kənar,Mağazin malıdı, söylərdik ona pünhani.
Aldanardı, biz ona hər nə deyərdik o zaman,Neyləsin ol, bizi ancaq kişi eylərdi güman,Tez ikən malı alıb göz görə çəkdikdə ziyan;Bu sözü suz ilə söylərdi, edib ahü fəğan,Biz müsəlmanda da insafü mürüvvət, de, hani?
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-quba-meydani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gülün fədası olan bülbülün nəvasına bax,Üzari-yarı sevən aşiqin səfasına bax!
Daim cəmali-dilbərə məftun gözilə baxDaim cəmali-dilbərə məftun gözilə bax,Eşq aləmində Leyliyə Məcnun gözilə bax!
O vəfasız mənə bundan sonra yar olma, dediO vəfasız mənə bundan sonra yar olma, dedi,Sevmə hər bir gözəli, aşiqi-zar olma, dedi.
O bivəfa mənim istəkli yarım onda idiO bivəfa mənim istəkli yarım onda idi,Əsiri bir mən idim, ixtiyarım onda idi.