O vəfasız mənə bundan sonra yar olma, dedi,Sevmə hər bir gözəli, aşiqi-zar olma, dedi.

Bir gözəl eşqinə ver könlünü, sabitqədəm ol,Coşma dərya kimi, xəzri, gilavar olma, dedi.

Bu qara zülfdə yüzlərlə əsirim vardır,Ehtiyat eylə, bu zəncirə düçar olma, dedi.

Çəkmə, göz yaşı töküb gözlərimin həsrətini,Gecə-gündüz bu xəyal ilə xumar olma, dedi.

Səni mən sevmirəm, ardımca düşüb yalvarma,El içində düşün öz qədrini, xar olma, dedi.

Vermərəm izn, səri-kuyimə cənnət deyəsən,Boş təmənna ilə bisəbrü qərar olma, dedi.

Əksi-rüxsarimə aləm olub heyran, şair,Sən bu ayinəyə çox baxma, qubar olma, dedi.

Vahidəm, mən dedim, ey gül, qocalıq dövrü gəlir,Eşq zövqündən uzaqlaşma, kənar olma, dedi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви