Bu şəb o dilbər ilə bağzari-ülfətdə –Gözəl-gözəl qonuşurduq, nə dadlı söhbət idi!

Onunla olmada həmduşi-inşirahü nişat,Bütün müsahibəmiz eşq idi, məhəbbət idi.

Mən eyləyirdim ona kəşf sureyi-eşqi,O da zəminə baxar, guşdari-diqqət idi.

Müəllimanə kəlamım müəssir olmalı kim –Ki, gah-gah təbəssümnisari-iffət idi.

Xəyalə daldığını hiss edirdi vicdanım,Əvət, düşünmüş idi sözlərim həqiqət idi.

Üzündə bərq uruyordu həzin-həzin xəndə,O hüzni-xəndənüma ləm'eyi-məsərrət idi.

Fəda o çöhrəyə kim, mövcədari-iffətdir,Fəda o gözlərə kim, xəndərizi-ismət idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви