Mələküs-sibyanə növşükuftə
şe'rlər ithaf edirəm

Simaxi-Məğribə xəndan ikən rübabi-nəğəm,
Yanaqlarında neçin ağlayır bu çeşmeyi-qəm?

Sənin, a cinsi-lətifim, ey ümməhati-həyat,
Nəsibin iştə mühitatımızda həp nəvəhat.

Şükufə misli gülüşlər açılsa ruyunda,
Olurdu bülbüli-dil bənd o tari-muyunda.

Əsirin, ey mələkim, bax nasıl da azadə!
Bu Qərb elində üzün rəhnümadı irşadə.

Rüxündəki o niqabə baxanda qəmli gözüm,
Mühiti-müzlimi seyr eyləyər bu nəmli gözüm.

Üzündə pərdeyi-şəbrəng, bizdə fikri-siyah,
Qaranlığın üzü ükşadə, örtülənsə – sabah.

Əvət, üzündə bulut var səmayi-rəxşanın,
Saçın həyatımıdır Məşriqi-pərişanın?


Libasi həp gecələrdən, xürafədən hörülən –
Mühitimizdə işıqdır sönən, ölən, gömülən.

Nədən ki, yüksəliş ə’dasıyız, nədir səbəbi?
Həp alçalışmı bu Şərqin mətai-müntəxəbi?

Nədən ibadi-zülamız, neçin də düşməni-nur?
Açıl, görün bu mühitə, a çöhreyi-məstur!

Açıl, səhərləri boğsun bu leyli-dicurun,
Rəhi-nicatı görünsün bu qövmi-məqhurun.

Cəmali-şə’şə’əbarın ziyafəşən olsun.
Bu afitabü hilalın zəfərnişan olsun.

Qaşın hilal, üzün afitabi-aləmtab,
Sənin camalını bəklər bu iki ərzi-xərab.

Günəşlə ay ala bilsin ziyanı ruyundan,
Bu Məşriq olmalı hüşyar buyi-muyundan.

Əsarət istəməm, əmma o zülfi-səyyadi –
Görər, olar da əsirin bu hürr olan Hadi.

4 iyun

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов