Ədibi-şəhir Həsən Bəyin ruhuna ithaf
Bu gündə qədrşünasan qəriqi-möhnətdir,Bu gündə çeşmi-ədəb əşkrizi-həsrətdir.
Bu gündə qırxı tamam oldu ol ədibin kim,Demək olurdu ona qəhrəmani-hümmətdir.
Bu xabgahi-əbəddə yatan vücudi-əzizQəriqi-lücceyi-qüfran, qərini-rəhmətdir.
İtirdik, ah, əcəb bir vücudi-fəyyazi!Demək olurdu mücəssəm o bir həmiyyətdir.
"Həsən, Həsən!" – deyə dillər bu gündə növhəsəra,Həsən! O piri-müqəddəs, ədibi-ümmətdir.
Fəraği-xatir ilə yat məzari-pakində,İləlbəd sənə millət rəhini-minnətdir.
Bu gün vətəndə nümüvv eyləyən nihali-kəmal,Sən əkdiyin o gözəl daneyi-həqiqətdir.
Cahanda məzrəələr danəpərvər olduqca,Cahaniyanə adın mayeyi-şərafətdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-edibi-sehir-hesen-beyin-ruhuna-ithaf
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vətən seylabi-istibdaddən viran olub yeksər,Vətən övladı qürbət içrə sərgərdan olub yeksər,
Təsviri-məhəbbət, yaxud vərəqi-eşqü məvəddətKönlüm cəhimi-eşq, zəbanim zəbanədir,Şe'rim odur ki, qəlbi yaxar, müriqanədir.
TəavünNaili-bər olmaz insan qılmayınca bəzli-mal,Siz təavün eyləyin, biz də qılaq kəsbi-kəmal.
Türkün nəğməsiTürkün tökülən qanları bihudə gedərmi?Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?