Türkün tökülən qanları bihudə gedərmi?Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Dörd ildə verilmiş bu qədər can hədər olmaz,Məfkurə yolunda tökülən qan hədər olmaz,Qiymətli olan xuni-şəhidan hədər olmaz,Dul qalmış olan növheyi-nisvan hədər olmaz,Bax səs sonuna, hikməti-türkan hədər olmaz,Bədbəxt olan əğfani-yetiman hədər olmaz.

Türkün tökülən qanları bihudə gedərmi?Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Qan ilə qazandıq zəfəri, verməriz əldən,Xof eyləmədik atəşi-dəhhaşe düvəldənBir zərrə belə qorxmayırız dəsti-əcəldən,İstərsə cahan çevrili varsın da təməldən.Türkün üzü çevrilməyəcək səmti-əməldən,Türklər geriyə dönməyəcək müslih əməldən.Yüksək yaşamaq istər ikən cümlə miləldən.

Türkün tökülən qanları bihudə gedərmi?Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов