Hicrin misalı canımı yandırdı vüslətin,Hirani-eşqdirmi behişti təbiətin?

Ehraq edir də eşqin, ey afət, dərunimi,Baxdıqca halıma acıyor çeşmi şəfqətin!

Ey müstəbid! Zülmdə çıx, çıx əlalərə,Bir gün udar da qə'ri səni əsfəliyyətin!

Biçarənəm də lütfünü bəklər bu gözlərim,Olsun inayətin mənə, olsun inayətin!

Ey xislətilə ruhumu məczub edən mələk,Nerdə o şiymeyi-ülüviyyət-məziyyətin?

Qıldım mutaliə nigəhi-ziməalını,Gördüm yazıldığın mənə qarşı küdurətin.

Zənn eyləməzdim a... səni naqabili-vəfa,Aya dəyişdimi o lətafətli xislətin?

Həqqində söylənənlərə ya münfəilmisən?İştə bu da nümunəsidir naqisiyyətin!

Bilməm nədir gözündə o şiranə həmlələr,Könlüm zəbunu oldu şu aşuyi-vəhşətin.

Dürri-məhəbbəti əgər almaq xəyalı var,Sənduqeyi-vəfadədir, al, al əmanətin!

Ərşi-dilim məqərri ilahi vəfaydır,Qabil deyil fənayə ilahi məvəddətin.

Pirayəbəxşi-məhdi-dilimdir ilələbəd –Ağuşi-sinəm içrəki tifli-məhəbbətin.

Aramsız çocuq məni narahət eyləyir,Aç, aç, qucağına gəlir, olsun mürüvvətin!

Ərzi-dilim ki, mədfəni olmuş xəyalinin,Qəlbimdə həyydir, mələkim, bil həqiqətin!

Cismimdə sən! Ruhda sən! Fikrətimdə sənAyineyi-vücuduma əks etdi fitrətin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви