Göründü mətləi-ümmidimizdən bari-hürriyyət,Təbəssümrizi-istiğnaydır rüxsari-hürriyyət.Əsarət zülməti məstur edirkən vəchi-afaqi,Üfüqdən doğdu nagəh şəmsi-pərtövbari-hürriyyət.Mücəssəm bir xəyalət, ya həqiqətsənmi sən cana?İnanmaq istəməm ənzarə, ey didari-hürriyyət!Niqabi sal üzündən, ərzi-ruyi-ibtisam eylə,Görənlər söyləsinlər dilbəri-səhhari-hürriyyət!Nə gülşən növnihalı, hansı cənnət hurizadisən?Görənlər hüsnünü məftundur, ey dildari-hürriyyət.Nə dilsəyyad ahusən! Xuram etdikdə, üşşaqın"Ənəlhəqq* nəğməsin söylər, olur bərdar hürriyyət.Nə huri-dilrübasən kim, görən nurun təcəllasınEdər pərvaneyi-canın fədayi-nari-hürriyyət.Sən azad eylədin qəmdidə hürriyyətpərəstanı,Sənə ləbrizi şükrandır bütün əhrar, hürriyyət!Əsarət bərqi-xurşidi-ziyadarınla məhv oldu,Meyi-eşqinlə olmuş qəlblər sərşar, hürriyyət!Nəsimin ehtizaz etdikcə gülşənzari-ofkarə,Həqiqət gülləri yer-yer olur bidar, hürriyyət!Əcəbmi şəʼşəatından tənəffür etsə cahillər?Gələr ə'mayə naxoş şöleyi-ənvari-hürriyyət.Səbükməğzan həp ülviyyətindən kəmşüurandır,Onunçün eyləyirlər qədrini inkar, hürriyyət!Bu ol firdövsi-mə'nadır ki, solmaz rəngi-əzharı,Lətafətbəxşdir daim güli-gülzari-hürriyyət.Kamalın* bu kəlamilə xitam et nəğməni, Hadi:"Nə əfsunkar imişsən, ah, ey didari-hürriyyət!".

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви