Sofi! Gəl öyrən həyatın tərzini heyvandən,Dersən insanəm, fəqət bibəhrəsən ürfandən.

İştə, heyvan eyləyir tə'min istiqbalını,Böylə heyvan mənçə əbzəldir səbükməğzandən.

Adəmizadə mükərrəmdir fəqət idrak ilə,Əfzəl olmazmı bəhaim dərksiz insandən?

Ey bərador, aç gözün, qorxunc bir səhradəsən,Hifz qıl əmvalını bu yol kəsən düzdandən.

Madəri-müşfiqmi sandın bu qənəm surətləri?Ey quzum, şəfqət umulmaz gürgi-mərdümxardən.

Elmü ədəbdir şu zikrdən murad,Səbheyi-səddanə çevirmək deyil.

Mə'niyi-Qur'ani düşünmək gərək,Boş-boşuna ləfzini bilmək deyil.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости