Karpat xatirələrindən

Dünya üzünə gəldiyi hala iki ildir,Yer, göy nasıl imiş buna agah deyildir.Parlaq günəşindən deyil agah səmanın,Gündüzləri də həp gecədir tifli-əmanın.Göylərdə qəmər, yerdə səhərlər yaşar, əmma –Ənvar nədir anlamayır kudəki-ə'ma.Bir cift işıqdan belə məhrum o bədbəxt,Dünya ona başdan-başa bir lövheyi-zülmət.Cismi diridir, gözləri ölmüş də, ağarmış,Çeşmanı bəyazdır, ona aləm də qararmış.Dərpərdədir onca bütün aləmdəki əşya,Görməz ki, nədir şamü səhər, pəst ilə bala.Çünki iki çeşmi duruyor zülməti havi,Hər şey ona müzlim, ona hər şey də müsavi.Bilməz necədir ruyi-pədər, çöhreyi-xahər.Bədbəxt çocuq həsrəti-rüxsareyi-madər,Birdir nəzərində bütün afaqü səmavat.Bir rəngi-siyəh anlayır, işte o da zülmat.

Gözsüzlər ilə gözlülər olmaz ki, bərabər.Zindəylə bərabər ola bilməz ki, ölənlər!..Şəhrahi-həyati görəməz kur olan insan,Kur olmayalım, istər isək ömri-dirəxşan...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов