Məhbubeyi-ruh – Mənfureyi-ruh və mükalimələri
Məhbubeyi-ruh
Fitrətən mən sevimli bir gözələm,
Baxışım ruhu cilvədar ediyor,
Gülüşüm qəlbi xəndəbar ediyor,
Ruh üçün iştə qayeyi-əmələm.
Mənfureyi-ruh
Fitrətən gərçi mən də mənfurəm,
Süslərəm kəndimi, bəzəndirərəm,
Məğzsizlərə çox bəyəndirərəm –
Özümü, söylərəm ki, mən hurəm.
Məhbubeyi-ruh
(Məsxərəamiz bir təbəssümlə)
Ah, bədbəxt məxluq!
Arizi rənglər müvəqqətidir,
Rəng odur bəxşişi-təbiət ola,
Cövhəri-abdari-qüdrət ola.
Bu gühər calibi-məhəbbətdir.
Mənfureyi-ruh
(Əsafili-nisvanə məxsus iyrənc, dadsız
və qeyri-təbii bir qəhqəhə ilə)
Sənə məyyal olan beş-onsa belə –
Bu zəmini-zülampərvərdə,
Gəl təmaşayə, gör də hər yerdə –
Mənə aşiqlər iştə minlər ilə.
Məhbubeyi-ruh
Yəqin bil və inan!
Sürəməz çox bu şanü daratın,
Hali-hazır olur düçari-zəval,
Parlayar vechi-paki-istiqbal,
Kəfənindir sonunda zülmatın.
Mənfureyi-ruh
Hali-hazırda hökmdar mənəm,
Mənə lazım deyildir istiqbal,
Edəməm mən səbahi böylə xəyal,
İşbu günlərdə kamkar mənəm.
Məhbubeyi-ruh
Ey qaranlıqdan istifadə edən,
Çıxacaq sübhlər, nəhar olacaq,
Lə'nlərdən sənə məzar olacaq,
Ey olan ləkkeyi-cəmali-vətən.
Mənfureyi-ruh
Ən qaranlıq könüllər iştə mənə –
Şimdilik bir məzari-rəhmətdir,
O könül kim, ziyali türbətdir,
Olsun o qəlblər məzar sənə!
Məhbubeyi-ruh
Lə'nətin caygiri-vicdandır,
Kəsb qıldın böyük-böyük nifrət,
Lə'nlərdən alırmısan ləzzət?!
İştə al, lə'nlər həzarandır!
Lisani-ilham
Həqqə tabavər olmadı batil,
Olamaz ta ki var cahani-vücud
Həqq olur calisi-səriri-xülud,
Batil eylər həyatini tə'til.
Ey müariz, nəzər qıl əfaqə!
Səfhəsində şu söz mühərrərdir:
Əbədiyyən ziya müəmmərdir!
Ey siyəh, bax şu lövhi-bərraqə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-mehbubeyi-ruh-menfureyi-ruh-ve-mukalimeleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İnsan o zatdır ki, vəzaifşünas ola,Nəxli-əməl misali səmərbəxşi-nas ola.
Fədakarlıq-mərdanəlikPay dər qeydi-əsarət yaşamaqdansa əgər,Hürr ölmək belə min vüsləti-dildarə dəyər.
El-fəryadıHürriyyət ilə millət edər kəsbi-məali,Hürriyyət ilə mülkün olur qiyməti ali,
Ey mütribeyi-dövri-təməddünÇal nəğmeyi-hürriyyətini, guş edəlim, çal!Sun badeyi-canpərvərini, nuş edəlim, çal!