Səhneyi-İranı döndərdin bəla səhrasına,Əzmü qəsd etdinmi “şahim!” mülkünün ifnasına?Xanimanlar söndü, canlar yandı, viran oldu mülk,Tiği-zülmü çəkmisən məzlumlar imhasına.Gül, bu gün zülmünlə ənzari-ədalət ağlasın!Müntəzir ol intiqamın rə'dvər fərdasına.Fışqıran xuni-xuruşani-şəhidandır bu gün,Sən də Dəqyanussan hürriyyətin Yəhyasına.Qafil olma, millətin nahəq qanından qıl həzər!Tacü təxtin qərq olur axırda qan dəryasına.Milləti bir seyli-izməhlal istiqbal edir,Rəhm qıl İranzəminin cənnəti-rə'nasına.Aləti-atəşfəşanla məclisi qıldın xərab!Böyləmi qeyrət edərlər millətin ehyasına?Dövri-bidadi-Yezidi dərk qılsaydın əgər,Ən böyük sərdar olardın Kərbəla davasına.Eylədin ehraq nazəndə vətən gülzarını,Çıxdın, ey qəddar, zülmün payeyi-balasına.Ədli-İbrahimini, “şahim!”, yaxırsan odlara,Kibr sövq etmiş səni Nəmrudluq sövdasına.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине