Varmı bundan yuxarı uçmağa iste'dadım?Qabiliyyət pərimə zəxm vurub ustadım.

Oxumaqçın nə qədər dadü fəğan etdimsə,Olmadı zərrə əsərbəxş şu istimdadım.

Dağa dərsən eşidər, sonra verir əksi-səda,Daşa dönmüşlərə əks eyləmədi fəryadım.

Olmadan naili-didari-əməl qəbrə girər –Eşqi-Şirini-ülum ilə yazıq Fərhadım!

Acizəm tərcümeyi-halimi təhrirə, səbəb?Doludur təlx həqaiqlə dili-naşadım.

Ey Hadiyi-qəmdidə! De şu bülbüli-zarə:Cəh-cəh deyib axır düşər ağuşi-məzarə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти