Dilənçi
Götürüm bir səfili-cadənişin,
Bürümüş çöhrəsin zilali-məlal,
Yazılıb çeşminə məali-süal,
Bu da bir şeirdir müfadi həzin.
Sürünür şil ayaq ilə bazarı,
Nə rəzil ömr, nə həyati-səfil!
Yaşayır cism əlil,.. ruh zəlil,
Yaşamaqdır bunun da azarı.
İstəyir kəndini keçindirsin,
Hər keçən daşürəklərə baxıyor,
Büzüyor vəchini və yalvarıyor,
Bəlkə onlar bunu sevindirsin.
Bu da bir qəmli şe'ri-xilqətdir,
Şairi böylə eyləmiş inşad,
Bə'zi şe'ri-həzin, bə'zisi şad,
İştə qabliyyəti-təbiətdir.
Gər bu isə həyat, ölmək xoş!
Şanlı ölmək gözəl deyilmi? Bəli.
Vardır amma bunun da bir əməli,
Yaşasın kiseyi-süal bəduş.
Nə şirinsən!.. Nə dadlısan, a həyat!
Kimsə əl çəkmək istəmir səndən,
Qorxuyor zihəyat mədfəndən.
Nə acı, təlxsən, a cami-məmat!
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-dilenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şairi-zindəruh*Bir taqım cahilanü naəhlan –
TəbrikBaxmasanz yaxşı cigərparələrə,Yazıq olmazmı bu biçarələrə?
Cinsi-lətifəBəxti-siyahi-millətə bənzər niqabınız,Şərqin mühitimi o qaranlıq siyabınız?
Tofiq FikrətəŞe'rin, ədibin nasiyeyi-şə'şə'ədari,Dilsiz vətənin bir fəmi-ilhamnisari.
Стихи других поэтов
Əğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Mürəbbə: Bir ala gözlünü sevdi könülBir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
Qızıl rəngli səhərlərimHər gün məni oyadarlarQızıl rəngli səhərlərim.