Leninə
Afağı ağladırsa da tə’siri-matəmin,Asudə yat, bu mövt ilə sarsılmaz aləmin.Bir qəl’ə tək təcəssüm edər qurduğun cahan,Qəbrinlə də cahana açarsan bir asiman.
Milyon qabarlı əl çiçək atsın məzarına,Ölmüş bədən, fəqət əbədi bir şüarına.Cismin kömülsə xakə, kömülməz əməllərin,Daim cahandadır yenə himmətli əllərin.
Mövtünlə şad olurmu bu qəddar düşmənin,Ölsən də sən, ürəklərimizdir nəşimənin.Biz də səninləyik, sənə səndən də məhrəmik,Fikrin, əməllərin kimi hər işdə möhkəmik.
Alçaq ürəklər olmaya mövtünlə kamiyab,Ruhun da, heykəlin də, məzarın da inqilab!
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-lenine
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Toğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi.Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi.
NaxçıvanToğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı.Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı.
Toğrulun qətliSəlcuqilərin son hökmdarı olan III Toğrulun səhvləri üzündən, səlcuqilərin və onların atabəyləri olan Eldəniz xanədanının tədbir və qəhrəmanlıqları sayəsində düzəlmiş imperatorluq dağılmağa başladı. Məmləkət parçalara bölündü. Toğrulun azərbaycanlılarla olan son müharibəsi onun hökmranlığına son qoydu.Azərbaycan ayrılıqdan sonra, Rey və İraqda Toğrula qarşı uzun-müddətli müharibələr başlandı. Bir kərə Qəzvin altında əzilərək Xarəzm şahı Sultan Təkişin yanına qaçmış Qütlüğ İnanc orada çox böyük hörmətlə qarşılandı. Qütlüğ az zaman Xarəzmdə qalandan sonra Xarəzm ordusu ilə bərabər İraqa hücuma başladı.
KamanNüsrətəddin özünü hər cəhətdən təmin olunmuş hesab edirdi. Məmləkətin hüdudlarında tam bir dinclik hökm sürməyə başlamışdı.Qütlüğ İnanc Xarəzmşahın qüvvəsi ilə Toğrulun vücudunu aradan qaldırdıqdan sonra dörd dəfə Azərbaycana hücum etmişdisə də, dördündə də Qəzvin və Zəncan altında əzilərək, nəhayət, Xarəzmşah məmləkətinə qaçmışdı.
Стихи других поэтов · О смерти
تن خود را به گورستان سپردم
Hekayeyi-eşqEşitdim mən ki, Məcnuni-diləfkar –Olunca mövti-Leyladən xəbərdar,
OnaMunda kim var deyim yari-vəfadarım ona,Çəkibən xəlvətə bir sir açım əsrarım ona,
Xəlil Rzaya mərsiyəQırx il öz kəfənini boğazında daşıdın,Sinəni səngər etdin, səngərlərdə yaşadın.