Düxtəri-napakdamən sanmayın hürriyyəti,Hərkəs olmaz rahyabi-həcləgahi-vüsləti.

Öylə bir huriyi-ismətdir bu yari-işvədar,Şövqməndani-vüsalə böylə istiğna satar.

Ey behişti-e'tilanın huriyi-canpərvəri,Zinəti-dar oldu eşqin ilə əhrarın səri.

Pərdədə saxlanma, çıx, ey sevgili dildarımız,Xəndezari-bəhcət olsun könlümüz, rüxsarımız.

Zəxmdari-hüzndür dil tiri-istibdaddən,Sənsən, ey hürriyyət, ancaq bizləri azad edən!

Nüxbeyi-amal insaniyyətin iqbalıdır,Cümlə qövmü millətin əmniyyəti-əhvalıdır.

Cami-pürzəhri-əcəl Hadini bihuş etmədən,Sineyi-leyli-ədəm cismani dərağuş etmədən.

Girməz idi həsrət ilə mədfənə görsəydi, ah,Milləti-məzlumədə asari-feyzü intibah!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви