Qəlbimdə sənə bir əzəli eşqü məhəbbət –Vardır, gözəlim, bəxş qılıb həzrəti-fitrət.Qaynar, daşıyor ruhuma bu dadlı hərarət.Hər yerdə adın gəlsə, o yerdir mənə cənnət.Ey yer mələki, qaçma ki, sənsiz olan aləm –Qəmlərlə, ələmlərlə dolu saheyi-matəm.Bir saheyi-matəm ki, qaranlıqdır həyati,Ağlar kimdir ərzi, göyü, altı cəhati.Ruyunda duran kölgəyə bənzər zülümati,Vəchin kimi məsturə durur çöhreyi-ati,Ey yer mələki, qaçma ki, fəyyazeyi-cansan,Fəyyazeyi-can, ani-cahan, huri-cinansan.

Ati gülecək açsa səhərparə cəmalın,Şəblər yanacaq, qaçdığı günlərdə zilalın,Məğribdəki şövkət, günəşim, əksi-cəlalın,Sən aç qaşını, parlasın ənvari-hilalın,Ey Şərq günəşi, çıx bulut altından, əyan ol,Zülmati-mühitatımıza sübhfəşan ol!

Sənsiz yaşayan aləmə mən fatihəxanəm,Bu məqbərəyə fatihəxan, naləkünanəm.Sən solduğun üçün, a gülüm, mən də xəzanəm,"Hər ruzü şəb əz-fikri-to dər ahü fəğanəm!".Ey can çiçəyi, açmadı hala da baharın.Əzhari-baharın və üzarın –Əzhari-bahar, iştə, o məsturə üzarın.

Hər yerdə ki hüsnün doğuyor, şə'şə'əzadır,Rüxsari-füruzanın ilə ruhfəzadır.Qərb aləmini şanladan, əlbət ki, nisadır,Məğribdə tülu etdin, o yer bəzmi-səfadır,Ey yer günəşi, söndüyün aləmlərə zülmət –Sərmiş qanadın, örtülüdür rahi-səlamət!

Azmış yolunu qafiləmiz, doğru yol istər,Ey şəmsi-hidayət, çıxaraq sən yolu göstər.Rəhbər deyirəm mən sənə, ey nuri-müsəttər!Ey hadiyə, qaçma, açıl, et Şərqi münəvvər!Ey yer günəşi, parla bu yer sübhə bürünsün,Yırtsın şu qaranlıqları ki, yol da görünsün.

Hala mədəniyyət denilən çöhreyi-rəxşan,Şərq aləmini etmədi tabanü dirəxşan.Zülfün kimi müzlüm yaşayır Şərqi-pərişan,

Göstər üzünü Şərqə, a mə'budeyi-zişan!At üzdən, əya aliheyi-ərz, niqabı!Şənlət, işıq et şəb yaradan Şərqi-xərabı!

Ey hakimə, ey hakimeyi-ruhu həyatın!Zülmət əriyor nerdə əyansa ləməatın.Sən çıxmayan aləmdə durur zilli məmatın,Parlar o cahan ki, ola mir'ati-sifatın.Aç sətrəni ayineyi-ruyun da açılsın,Bu Məşriqi-şəbrəngə səhər, sübh saçılsın.Ey malikə, ey malikeyi-şəhri-lətafət,Ey mülhəmə, ey mülhəmeyi-fikrü xəyalət,Hər bir gülüşünə xəndəli bir şe'ri-nəzarət,Hər bir baxışından uçar ənvari-məhəbbət.Sən gülmədiyin yerdə yanar məş'əli-matəm.Sənsən, gözəlim, sən mələkim, xəndeyi-aləm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов