Amali-tərəqqi
Həqiqi arizumuz intizami-hali-millətdir,Məsaimiz bütün məsrufi-istikmali-millətdir,Əsasi-fikrimiz tə’mini-istiqbali-millətdir,Ürəkdə bəslənən amalımız iqbali-millətdir,Yeganə nöqteyi-mətlub istiqlali-millətdir.-Olubdur dağdari-qəm vətən nari-cəhalətdən,Sönüb, nuri-maarif tündbadi-cəhlü qəflətdən,Yox asari-səadət, dop-dolu xari-şəqavətdən,Vətən gülzarı xar olmuş yədi-ərbabi-şərrətdən,Bizim məqsudimiz islahi-hali adəmiyyətdir.-Vətənpiraydir bir qönçeyi-növxizi-ruhani,Soluq baği-həyatə tabbəxş olmaqda ürfani,Füyuzatilə ehya etmək istər baği-vicdani,Nəsimi etmədə təhziz hissiyyati-insani,Rəvayihbəxşü bəhcətzayi-gülşənzari-millətdir.Cahanə gəlmədən məqsud təhsili-məanidir,Məani baisi-neyli-həyati-cavidanidir,Məani şəhrə-insaniyyətə üssül-məbanidir,Məanipərvər olmaq bizcə əqsayi-əmanidir.Ən istəkli əməlmiz irtiqayi-mülki-millətdir.Həqiqət sayəsində kəsbi-qüdsiyyət qılar millət,Həqiqətlə edər növ’i bəşər təhsili-hürriyyət,Həqiqətlə olur baği-vətən gülzari-əmniyyət,Həqiqət zahir olsa, parlayar ənvari-ülviyyət,Həqiqətbin olanlar vasili-fövzü hidayətdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-amali-tereqqi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Götürüm bir səfili-cadənişin,Bürümüş çöhrəsin zilali-məlal,
Duşizeyi-hürriyyətəDüxtəri-napakdamən sanmayın hürriyyəti,Hərkəs olmaz rahyabi-həcləgahi-vüsləti.
Dünya saheyi-qəmdirGülşəni-aləmdə bir gül varmı bixar olmasın?Hansı bülbüldür cəfayi-xardən zar olmasın?
Fəzaili-insaniyyəİnsan o zatdır ki, vəzaifşünas ola,Nəxli-əməl misali səmərbəxşi-nas ola.
Стихи других поэтов · О божественной любви
Bir mürəbbi vü müsahib manidə iqrarədir,Bu sözə inkar edənlər mürşidə inkarədir.
Ulu peyğəmbərim, Rəsulallahım!Hamı “Mən” deyəndə, Sən ümmət dedin,Qardaşlıq, dəyanət, sədaqət dedin.
Cana, üzündəki o iki mahitabə bax!Cana, üzündəki o iki mahitabə bax!Qəlbimdəki bu dərdə, qəmə, iztirabə bax!
Qəzəl: Xudaya, mən düşən dərdə sən əğyarı giriftar etXudaya, mən düşən dərdə sən əğyarı giriftar et,Mənim tək yar yanında, xudavənda, onu xar et